"Azexport.az"da yerli tütünə ixrac sifarişləri artıb - SƏBƏB
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az internet portalı vasitəsi ilə xam tütün məhsulları üzrə daxil olan sorğularda xüsusi artım müşahidə olunur.
Portalın meneceri Ayxan Qədəşov bildirir ki, 2019-cu ilin başlaması ilə əksər dünya ölkələrində xam tütün məhsullarının aksiz vergilərinə 20 - 45 %-lik artım tətbiq olunub.Bu da öz növbəsində istehsalçıları məhsulların maya dəyərinin qorunması məqsədi ilə xammal alışı üçün yeni bazarlar axtarışına vadar edib. Belə ki, portala cari ilin ilk aylarından, etibarən, əsasən Rusiya, Gürcüstan, Hindistan, İngiltərə, Almaniya, İspaniya, Amerika və Okeaniya ölkələrindən xam tütün məhsulu üzrə daxil olan sorğularda artım müşahidə olunur.
Azexport.az internet portalı vasitəsi ilə istehsal olunan məhsulların xarici bazarlarda real alıcılara çatdırılması istiqamətində də işlər görülür. Belə ki, Dövlət Proqramının müvafiq bəndlərinə uyğun olaraq Yevlax, Şəki, Qax, Zaqatala, Balakən rayonlarında istehsal olunan xam tütün məhsulları barədə məlumatlar Azexport.az internet portalına və All.biz, Agroserver, Tradekey kimi 10-dan artıq beynəlxalq elektron ticarət platformalarına inteqrasiya olunub. Məlumatların beynəlxalq elektron ticarət platformalarına inteqrasiya olunmasından sonra xam tütün məhsulu üzrə dünyanın müxtəlif ölkələrindən ixrac sifarişləri daxil olub. Daxil olan sifarişlər emal olunaraq müvafiq qaydada sahibkarlara təqdim olunub.
Ayxan Qədəşovun sözlərinə görə, Azexport.az internet portalı beynəlxalq bazarlarda müxtəlif məhsullar üzrə baş verən dalğalanmaları qeydə almaq və sahibkarları bu istiqamətdə maarifləndirmək üçün unikal bir platformadır. Çünki ötən illər ərzində toyuq əti, toyuq yumurtası, pambıq, pambıq yağı, soğan, kartof, quru süd kimi onlarla məhsul üzrə portalın proqnozları özünü doğrulub. Portala daxil olan siqnalları nəzərə alaraq cari ildə, ötən ilə nisbətən xam tütün məhsullarının ixracında artım olacağını deyə bilərik. Lakin sahibkarların istehsal olunan məhsulların saxlanması zamanı beynəlxalq norma və qaydalara əməl etmələri mütləqdir. Standartlara cavab verməyən qaydada saxlanılan məhsullar tez bir zamanda keyfiyyətini itirə və müxtəlif xəstəliklərə yoluxdura bilər.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Qeyd edək ki, ölkədə tütünçülüyün inkişafı istiqamətində Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilən Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı qəbul olunub. Hazırda uğurla icra olunan Dövlət Proqramının həyata keçirilməsində başlıca məqsədlərdən biri də Azərbaycanda xam tütün məhsulunun istehsal həcmini artıraraq, xarici bazarlara daha çox məhsulun ixrac olunmasına nail olmaqdır. Portal meneceri Ayxan Qədəşov əlavə edir ki, bu məqsədlə Dövlət Proqramında qarşıya qoyulan hədəflərdən biri kimi 2021-ci ilədək orta məhsuldarlıq 20 sentner/hektar olmaqla, əkin sahələrinin 6 min hektara, tütün istehsalının isə 12 min tona çatdırılmasını qeyd edə bilərik.
Azexport portalının meneceri respublikada istehsal olunan tütün məhsulu üzrə ötən illərin statistik göstəricilərinə də diqqət çəkib. O bildirib ki, 2016-cı ildə ümumilikdə ölkə ərazisində istehsal olunan 3,5 min ton xam tütün məhsulunun 2,2 min tonu ixrac olunub, 2018-ci ildə isə istehsal olunan 6,3 min ton xam tütün məhsulunun 4,1 min tonu ixrac olunub. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanda istehsal olunan xam tütün məhsuluna xarici bazarlarda maraq böyükdür və bu maraq artım dinamikasını saxlamaqdadır.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
ABB istiqrazlarına abunə yazılışı başa çatıb - Sifarişlər təklifi 5 dəfə üstələyib, 503 fiziki şəxs əldə edib
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 2 gün əvvəl
-
2 gün əvvəl
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olunub
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 3 gün əvvəl
- 3 gün əvvəl
-
3 gün əvvəl
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
-
3 gün əvvəl
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
-
3 gün əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb
-
3 gün əvvəl
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
- 3 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rusiya uçot dərəcəsini 15 faizə endirdi
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olunub
Xalq Bankdan Novruza özəl endirim təklifi
Fürsətləri Baku Electronics-lə bayrama çevirmək vaxtıdır!
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
Ən çox oxunanlar
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
İki dövlət agentliyi birləşdirilir - FƏRMAN
Avropa Mərkəzi Bankı İran müharibəsi fonunda faizlərini dəyişmədi
Bankın Gəncədə 2-ci filialı fəaliyyətə başladı
ABB istiqrazlarına sifarişlərin 97%-i tətbiq üzərindən edilib
















