Tanınmış iş adamı müflis olduğunu, kirayədə qaldığını bildirir
Sahib İbrahimov: “Məni susdurmaq üçün barəmdə cinayət işi açdılar”
“Mən bu gün kirayədə yaşayıram. Banklar evlərimi əlimdən alıblar. Bir neçə gün öncə uşaqlarımı da məktəbdən çıxarıblar. Onlar da mənim kimi ev dustağına çevriliblər. Anlamadığım bir şey var, sizin təzminat ödənişi göstərişinizi 11 ildir yerinə yetirmirlər. 11 ildə 4 övladım, 2 nəvəm dünyaya gəlib. Bütün ailə tam bir fəlakətdə yaşayır”- hazırda ev dustağı olan iş adamı Sahib İbrahimov özünün facebook profili üzərindən ölkə rəhbərliyinə videomüraciətdə belə deyib.
İş adamı S.İbrahimov dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.
Sahib İbrahimov deyib ki, Bakının Səttar Bəhlulzadə 14 ünvanında onun şirkəti tərəfindən inşa olunan binanın sökülməsinə və ona təzminat verilməsinə göstəriş verilib: “Mənə tapşırıq verilib, yerinə yetirmişəm. Sözü verilən təzminatla, mənə dəymiş ziyan ödənilməyib. Mən cinayətkar deyiləm. Mənə qarşı təqiblərə son qoyulmasını, cinayət işinə xitam verilməsini istəyirəm”.
S.İbrahimov hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən məhkəmə prosesindən danışarkən qeyd edib ki, 11 ildir ona təzminat ödənmir: “Hamı bilir ki, orada nə məhkəmə gedir. 11 ildir ki, təzminatla bağlı müraciət edirik, bizə cavab verən yoxdur. 11 ildir bilmirik ki, bu binanın pulunu kim verəcək, necə verəcək? Teleqram göndəririk cənab prezidentə çatmır, videomüraciət edirik, cənab prezidentə çatmır. İmkan vermirlər ki, gedib prezidentə çatsın. Prezident 3 dəfə göstəriş verib ki, gedib iş adamının təzminatını ödəyin. Ödəmirlər. Biz də prezidentə sözümüzü çatdıra bilmirik. Ona görə də əlacsız qalıb videomüraciət yaymışıq. İnşallah, baxar. Düşünürük ki, bir gün baxar. Nə qədər olar məktubları gizlətmək. Məhkəmə də gedir. Ora gələn zərərçəkənlər məni tanımırlar, məndən şikayətçi də deyillər”.
İttiham aktına görə Sahib İbrahimov külli miqdarda dələduzluq etməkdə şübhəli bilinir. İş üzrə 52 zərərçəkən var.
Sahib İbrahimov deyir ki, prezidentə əvvəlki müraciətlərindən sonra ona qarşı addımlar atılıb, susdurulmasına cəhdlər olub. “Bəs son müraciətinizə mənfi və ya müsbət mənada reaksiya varmı” sualına Sahib İbrahimov “Hələlik heç bir reaksiya yoxdur” deyə cavab verib: “Məni susdurmaq üçün üstümə cinayət işi açdılar. Bəlkə susum. Mən videomüraciətimdə də bunu dedim. Ümid edirəm ki, müraciətimə baxılacaq”.
Qeyd edək ki, hazırda iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmalar davam edir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

© “Yeni Müsavat”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)








