SOCAR Gürcüstana satdığı qazı niyə bahalaşdırdı? - Şirkətdən AÇIQLAMA
Gürcü rəsmiləri Gürcüstanın Rusiyadan müəyyən həcmdə qaz alaraq Azərbaycan qazından asılılığı azaldacağına dair açıqlamalar verir. İki gün əvvəl belə bəyanatla iqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgi Kobuliya çıxış edib. O qeyd edib ki, “Qazprom”la müqavilənin uzadılması ölkənin qaz bazarında Azərbaycanın inhisarçı mövqeyi ilə mübarizə aparmaq məqsədi güdür:
“Biz istəmirik ki, bazara inhisarçılıq yaransın və yeganə qaz təchizatçısı Azərbaycan olsun. Azərbaycanın da olmağını istəyirik, amma müəyyən həcmdə qazı Rusiyadan almaq lazımdır”. O, eyni zamanda iddia edib ki, Gürcüstanın qaz təchizatının 90 faizini həyata keçirən SOCAR Georgia Gas şirkəti martın 1-dən kommersiya abonentləri üçün qazın qiymətini 10.5 faiz qaldıracağını elan edib.
Məsələ ilə bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, SOCAR Gürcüstan üçün qaz tariflərini artırsa da, yenə də bazarın ən aşağı tarif seqmentində yer alır:
“Gürcüstanda sosial istehlakçılar üçün təbii qaz tarifləri dövlət tərəfindən tənzimlənirsə, əsasən sənaye müəssisələri olan kommersiya istehlakçıları üçün təbii qaz tarifləri qazpaylayıcı şirkətlər tərəfindən müəyyən edilir:
“Nəzərə alsaq ki, Gürcüstanda qazpaylayıcı şirkətlərin əksəriyyəti öz satış tariflərini hələ SOCAR-dan əvvəl artırıblar və hazırda Gürcüstan bazarında kommersiya istehlakçıları üçün qaz tarifləri əsasən 95-131 tetri arasında dəyişir, aydın olur ki SOCAR öz tarifini hətta 95 tetriyə qədər artırandan sonra Gürcüstan bazarının ən aşağı tarif seqməntində yer alır”.
Rəis müavini Gürcüstan üçün qaz tariflərinin artırılması səbəblərinə də aydınlıq gətirib:
“Bunu da qeyd etmək vacibdir ki, şirkətimiz tərəfindən Gürcüstanda qaz tarifinin artırılması bizdən asılı olmayan obyektiv səbəblərlə bağlıdır, o cümlədən:
- Gürcüstanın milli valyutası olan larinin devalvasiyası;
- Dünya bazarlarında neft və qazın qiymətinin dəyişməsi və bununla Gürcüstana təbii qazın idxal qiymətinin dəyişməsi;
- Dövlət tərəfindən SOCAR üçün qazpaylama tarifinin qaldırılması”.
SOCAR rəsmisinin sözlərinə görə, hazırda Azərbaycan təbii qazın hasilatını ciddi şəkildə artırmaqla, həm öz daxili tələbatını tam təmin edir, həm qonşu Gürcüstanın tələbatını tam qarşılayır, həm də qardaş Türkiyənin enerji təhlükəsizliyinə mühüm töhfə verir:
“Gürcüstan ilə tərəfdaşlığımızın tarixçəsi Azərbaycanın səmimi, güvənli və dayanıqlı tərəfdaş olduğunu göstərir və buna görə biz qarşı tərəfli mənafelərimizi təmin etmək şərti ilə öhdəliklərimizi tam yerinə yetirmək əzmindəyik. Təbii olaraq, hər bir ölkə öz enerji təhlükəsizliyini təmin etməkdə maraqlıdır. Qarşıdakı dövrdə həm Gürcüstan, həm də Türkiyə bazarına ixrac olunan təbii qaz həcmlərində azalma deyil, əksinə artım gözlənilir. Əlbəttə alternativ mənbələrdən qaynaqlanan boru xətlərinin mövcudluğu, sırf mümkün fövqəladə vəziyyətlərə qarşı sığortalanmaq baxımından həmin xətlərdən istifadə mexanizminin işlənməsi idxalçı ölkələrdə bəzən müzakirə mövzusu ola bilər. Bununla yanaşı, Azərbaycanın təbii qazı regionun bazarlarında öz yüksək rəqabət qabiliyyətini davamlı şəkildə təmin edir və bazarlardakı mövqelərini daha da gücləndirir”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Modern
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
9 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
10 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
10 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
10 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar









.jpg)










