“Plato Menecment İnvestisiya Şirkəti" nizamnamə kapitalını artırıb
“Plato Menecment İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalı 300 min manat və yaxud 78,95% artırılaraq 380 min manatdan 680 min manata çatdırıb.
Bu barədə "Bakı Fond Birjası"-dan bildirilir.
Məlumata görə, yanvarın 11-də Birjada "Plato Menecment"in səhmlərinin alqı-satqısı üzrə 2 əqd bağlanılıb. Əqdlər investisiya şirkətinin hər birinin nominal dəyəri 1 manat olan 300 min ədəd yeni səhminin realizə edilməsini nəzərdə tutur. Qiymətli kağızları "Plato Menecment"in mövcud səhmdarları indiki paylarına uyğun olaraq (297 min və 3 min ədəd olmaqla) əldə ediblər.
Xatırladaq ki, “Plato Menecment”i 2002-ci ildə, hazırda ləğv prosesində olan “Texnika Bank” ASC "Texnika Kapital Menecment" adı ilə yaradıb. Bankın lisenziyası ləğv edildikdən sonra investisiya şirkəti adını “Kapital Menecment”ə dəyişərək Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) nəzarətinə keçib. Bir qədər sonra isə Böyük Britaniyanın “Plato Capital International Holding Limited” investisiya şirkəti “Kapital Menecment”in səhmlərinin 99%-ni əldə edib və maliyyə qurumunun adı “Plato Memecment”ə dəyişdirilib. Onun səhmlərinin qalan 1%-i isə adı açıqlanmayan xarici investora məxsusdur.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
55 d. əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
1 saat əvvəl
Unibank kredit faizini aşağı saldı, kredit məbləğini və müddəti artırdı!
-
1 saat əvvəl
ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatdı!
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qadın sahibkar hotel və restoran biznesi layihəsi üçün ucuz kredit aldı - MƏBLƏĞ
-
3 saat əvvəl
Dünyanın böyük maliyyə təşkilatı Azərbaycanda Bank Respublikanı seçdi
-
3 saat əvvəl
Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Saziş təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda “Heyvanlarla məsuliyyətli davranış haqqında” yeni qanun layihəsi hazırlanır