“Mənə aksiz markaları vermirlər” deyən sahibkara nazirlik cavab verdi
"Özünü "Akşin-N" MMC-nin direktoru kimi təqdim edən Fərhadova Nisbət Ramazan qızının ötən gün keçirdiyi mətbuat konfransında tütün məmulatlarının idxalı üçün aksiz markalarının verilməməsi ilə bağlı Maliyyə Nazirliyinə və nazirliyin vəzifəli şəxslərinin ünvanına səsləndirdiyi populist xarakter daşıyan cəfəng ittihamların heç bir əsası yoxdur". Bunu Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev N. Fərhadovanın sahibkarlıq hüquqlarının pozulması ilə bağlı ittihamlarına münasibət bildirərkən deyib.
"Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə tütün məmulatlarının, alkoqollu içkilərin ölkəyə idxalına və respublikamızda həmin məhsulların istehsalına icazə verən xüsusi razılıqlar ləğv edilib. Bu Fərmandan sonra aksiz markalarının alınması üçün müraciət edən istehsalçı müəssisələrin və idxalçıların sayı və onların aksiz markalarına olan tələbatı kəskin artsa da nazirliyə müraciət edən sahibkarlar sifarişlərinə uyğun olaraq aksiz markaları ilə tam təmin edildi", - deyə mətbuat katibi qeyd edib.
"Akşin-N" MMC-yə gəlincə, M. Piriyev bildirib ki, adıçəkilən sahibkar aksiz markaları almaq üçün 2016-cı ilin 15 aprel tarixində Maliyyə Nazirliyinə müraciət edib və həmin dövrdə nazirliyin hesabında idxal edilən tütün məmulatlarına tətbiq olunan aksiz markaları olmadığı üçün həmin aksiz markalarının verilməsi imkan xaricində olub. Müvafiq qaydalara əsasən, ölkə ərazisinə markalanmalı məhsulları idxal edən şəxs aksiz markalarını almaq üçün Maliyyə Nazirliyinə idxal edilən məhsul üçün bağlanmış müqavilənin əslini və surətini təqdim etməlidir: "Akşin-N" MMC-nin tütün məmulatlarının alınması üçün müqavilə bağladığı Belarusun "Qrodnı tütün fabriki "Neman" ASC-nin Maliyyə Nazirliyinə daxil olmuş məktubunda Azərbaycan ərazisində "Qrodnı tütün fabriki "Neman" ASC-nin istehsalı olan tütün məmulatlarının satışının həyata keçirilməsi üçün müstəsna səlahiyyətlərin "CRESCO" MMC-yə verildiyi qeyd olunub. Bununla yanaşı, məktubda tütün məmulatlarının idxalı üçün digər Azərbaycan şirkətləri ilə bağlanılmış müqavilələrin ləğv edildiyi və bu barədə həmin şirkətlərə müvafiq bildirişlərin göndərildiyi qeyd edilib".
Mətbuat katibi onu da bildirib ki, əgər sahibkar N. Fərhadovanın hüquqları pozulubsa, öz hüquqlarını ayrı-ayrı saytlarda nazirliyə qarşı "qara piar" aparmaqla yox, məhkəmə müstəvisində qorumalıdır. "Azərbaycan Respublikasında sahibkarlığın qanun çərçivəsində həyata keçirilən bütün formalarına icazə verilir və Maliyyə Nazirliyi də sahibkarlarla münasibətlərini məhz qanun çərçivəsində qurur", - deyə M. Piriyev qeyd edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
8 saat əvvəl
Azərbaycan-İran dövlət sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırılıb
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycan və İsrailin xarici işlər nazirlərinin telefon danışığı olub
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank of Baku-da maliyyə savadlılığı günü
Expressbankdan bayram təklifi!
Müdafiə Nazirliyi: İran Naxçıvana 4 dron yönləndirib, onlardan 1-i Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb
Bayramov və Fidan arasında telefon danışığı aparılıb
Ən çox oxunanlar
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
İlham Əliyevin sədrliyi ilə iclas keçirildi - "İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir"
Dron hücumu ilə bağlı cinayət işi başlanıb
Dövlət Neft Fondunun İcraçı direktoruna müşavir təyin edilib
“Entrust” və “AzInTelecom” memorandum imzalanıb
SOCAR və “Pertamina” şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirilib





















