970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

Azercell tarif paketlərini yeniləyərək mobil internet və danışıq imkanlarını artırır

Azercell 06.04.2026-cı il tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid “SuperSən”, “GəncOL”, “Sadə” və “İstəSən” tarif paketlərində dəyişikliklər edəcək.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azercell tarif paketlərini yeniləyərək mobil internet və danışıq imkanlarını artırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azercell tarif paketlərini yeniləyərək mobil internet və danışıq imkanlarını artırır

Marja.az xəbər verir ki, bu, "Azercell Telekom" şirkətinin yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, mobil internetə və rəqəmsal xidmətlərə artan tələbat istifadəçilərin mobil cihazlar üzərindən internetə daha çox bağlı qalmasını zəruri edir. Dünya üzrə mobil data trafiki də bu tendensiyanı təsdiqləyir. Ericsson Mobility Report məlumatlarına görə, bir smartfon üçün orta aylıq data istifadəsi yaxın illərdə əhəmiyyətli dərəcədə artacaq, operatorlar isə buna cavab olaraq paket həcmlərini genişləndirir və sərfəliliyi artırırlar. Azercell 06.04.2026-cı il tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid “SuperSən”, “GəncOL”, “Sadə” və “İstəSən” tarif paketlərində dəyişikliklər edəcək. Şirkət bu addımla istifadəçilərin artan internet və mobil ünsiyyət tələbatını qarşılayır. 

Bu məqsədlə bir sıra “SuperSən” tarif paketləri üzrə internet həcmi 1GB artırılacaq. “SuperSən 1GB”, “SuperSən 3GB”, “SuperSən 6GB”, “SuperSən 10GB” tarif paketləri müvafiq olaraq “SuperSən 2GB”, “SuperSən 4GB”, “SuperSən 7GB”, “SuperSən 11GB” tarif paketləri ilə əvəz ediləcək. Tarif paketlərinin qiymətləri isə müvafiq olaraq 8 AZN, 12 AZN, 17 AZN, 22 AZN təyin olunacaq. 

Digər “SuperSən” tarif paketləri üzrə internet həcmi isə 2GB artırılacaq. “SuperSən 20GB”, “SuperSən 30GB” tarif paketləri “SuperSən 22GB”, “SuperSən 32GB” tarif paketləri ilə əvəz olunacaq.  Tarif paketlərinin qiymətləri isə müvafiq olaraq 32 AZN, 42 AZN təyin olunacaq. 

Eyni zamanda, Azercell gənc istifadəçilərin mobil ünsiyyət tələbatını nəzərə alaraq “GəncOL” tarif paketlərini optimallaşdıraraq həm əlavə internet, həm də danışıq dəqiqələri təqdim edib. Bütün “GəncOL” tarif paketləri üzrə danışıq dəqiqələri artırılacaq və WhatsApp tətbiqində (bütün funksiyalarından, yəni səsli və video zənglər, media paylaşımı və s.) istifadə üçün əlavə olaraq 500 MB internet həcmi təqdim ediləcək. “Həftəlik GəncOL” tarif paketində mövcud dəqiqə sayı 100 dəqiqə artırılaraq qiyməti 3,90 AZN təyin olunacaq. “GəncOL 6” və “GəncOL 9” tarif paketlərində isə mövcud dəqiqə sayı 200 dəqiqə artırılaraq qiymətləri müvafiq olaraq 8 AZN və 11 AZN təyin olunacaq.  Qeyd edək ki, bütün “GəncOL” tarif paketləri çərçivəsində WhatsApp və digər mesaj mübadilə sistemlərində mətn yazışmaları üçün cari imkanlar əvvəlki şərtlər ilə saxlanılacaq. 

Bununla yanaşı “Sadə 6” tarif paketi çərçivəsində təqdim olunan bonuslardan əlavə olaraq 1GB internet trafiki təqdim olunacaq və “Sadə 8” paketi ilə əvəz ediləcək. Paketin qiyməti 8 AZN təşkil edəcək. “İstəSən” tarif paketi çərçivəsində paketin başlanğıc internet həcmi 4GB-dək artırılacaq, qiyməti isə 9 AZN təyin ediləcək. 

Bu yeniliklər abunəçilərə daha sərfəli və geniş imkanlar təqdim etməklə onların gündəlik ünsiyyət və sosial fəaliyyətlərini dəstəkləyir. Tətbiq ediən dəyişikliklər danışıq, yazışma və internet istifadəsi baxımından istifadəçilərin ehtiyaclarına cavab verir.

İş elanları AzVak.az-da

Azercell Azercell tarif paketləri yeniləndi Azercell SimSim tarifləri SuperSən tarif paketləri GəncOL tarif paketləri Sadə tarif paketi İstəSən tarif paketi mobil internet paketləri Azərbaycan mobil operator tarif dəyişiklikləri 2026 Azercell internet paketləri mobil data istifadəsi artımı smartfon internet trafiki mobil rabitə bazarı Azərbaycan mobil internet qiymətləri WhatsApp üçün əlavə internet danışıq dəqiqələri artımı gənclər üçün mobil tariflər fakturasız SimSim tarifləri mobil operator kampaniyaları rəqəmsal xidmətlər mobil operatorlar
05.03.2026 08:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18