Azərbaycan şirkəti Monqolustan bazarına maraq göstərir
Azərbaycanın qabaqcıl informasiya texnologiyaları şirkəti olan “Cybernet” MMC-nin rəhbərliyi Monqolustanda bir sıra işgüzar görüşlər keçirib.
Monqolustana ixrac missiyası 12-18 oktyabr 2018-ci il tarixlərində Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən təşkil edilib. Missiya çərçivəsində ölkəmizin İT sektorunu Azərbaycan İnnovasiyaların İxracı Konsorsium (AZINNEX) üzvləri, o cümlədən “Cybernet” şirkəti təmsil edib.
Azərbaycan nümayəndə heyətinə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov rəhbərlik edib. Missiya çərçivəsində 15 oktyabr tarixində Ulan-Bator şəhərində Azərbaycan-Monqolustan biznes-forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları da iştirak edib. Biznes-foruma, 20-yə yaxın Azərbaycan şirkəti qatılıb.
“Cybernet” şirkətinin baş direktoru İlham Namazov və biznesin inkişafı üzrə meneceri Fuad Əhmədov bu ölkədə Monqolustan Vergilər İdarəsinin icraçı direktorunun müavini Z.Batjarqal, İnformasiya Texnologiyaları Statistika Mərkəzinin direktoru G.Batsaixan və Gömrük, Vergi və Maliyyə üzrə İnformasiya Texnologiyaları Mərkəzinin nəzdində Vergi İdarəetmə İnformasiya Sisteminin layihə rəhbəri Batjarqal Yadam ilə görüşlər keçiriblər. Bununla yanaşı, şirkət təmsilçilərinin Monqolustan Proqram Təminatı Sənayesi Birliyində, Baş Tibbi Sığorta İdarəsində, Rabitə və İnformasiya Texnologiyaları İdarəsində də görüşləri olub.
Görüşlərdə gələcək əməkdaşlıq və qarşılıqlı əlaqələrin inkişafı müzakirə edilib.
2004-cü ildən fəaliyyətdə olan “Cybernet” şirkəti Azərbaycanla yanaşı, Mərkəzi Asiya və digər ölkələrdə İKT xidmətləri və texniki həllər üzrə xidmətlər göstərir. Şirkət müasir informasiya sistemlərinin işlənib hazırlanmasında, o cümlədən Azərbaycanda elektron hökumətin qurulmasında böyük təcrübəyə malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
Lizinq şirkəti zəmanətsiz istiqrazlarını alana illik 15 faiz ödəyəcəyini vəd edir
-
10 saat əvvəl
Tekstil müəssisəsinin qurulması və 400-dən çox iş yerinin yaradılması hədəflənir
-
11 saat əvvəl
"Legion Financial” şirkətinin səhmləri birjada listinqə daxil edilib
-
11 saat əvvəl
ADY sədri Rövşən Rüstəmov Çində Orta Dəhliz və Azərbaycanın bu dəhlizdəki mühüm rolunu müzakirə edib
-
12 saat əvvəl
İlin sonuna kimi Türkiyədə dolların dəyəri 38 lirəyə çata bilər
-
12 saat əvvəl
"İnvest-AZ İnvestisiya Şirkəti"nin xalis gəliri 2,6 dəfə artıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl