Sahibkarlara "toxum və ting" xəbərdarlığı!
KƏND TƏSƏRRÜFATI BİTKİLƏRİNİN TOXUMÇULUĞU, TİNGÇİLİYİ, İSTEHSALI VƏ SATIŞI İLƏ MƏŞĞUL OLAN HÜQUQİ VƏ FİZİKİ ŞƏXSLƏRİN NƏZƏRİNƏ
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti Kənd təsərrüfatı bitkilərinin toxumçuluğu, tingçiliyi və kənd təsərrüfatı məhsuları istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərin nəzərinə çatdırır ki, “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında yalnız patentləşmiş və Dövlət reyestrinə daxil edilmiş seleksiya nailiyyətləri (bitki sortları) istehsalatda istifadə edilə bilər”.
“Marja” xəbər verir ki, bu, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin yaydığı məlumatda deyilir.
Qeyd edilib ki, sortun Dövlət reyestrində olması, həmin sortun toxumunun və yaxud əkin materialının Azərbaycan Respublikası ərazisinə gətirilməsinə, uyğun regionlarda reallaşmasına (satılmasına), karantin tələblərinə riayət edilməklə daşınmasına, artırılmasına hüquq verir. Ölkəyə gətirilən bitki materialları (toxum, ting, digər əkin materialı) müvafiq qaydada standartlara uyğun sertifikatlar ilə təchiz olunmalıdır.
BANKDAN DA AŞAĞI FAİZLƏ KREDİT
“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə əsasən Dövlət reyestrində qeydiyyatdan keçmiş sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq (mənşə) sertifikatı və fitosanitar sertifikatı olan toxumlar Azərbaycan Respublikasına idxal oluna bilər. Dövlət Reyestrində qeydiyyata alınmamış sortların toxumları yalnız seleksiya, tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirmək məqsədilə idxal oluna bilər.
“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinin 21.1. bəndinə əsasən Azərbaycan Respublikasının ərazisinə genetik modifikasiya olunmuş bitkilərin (GMOB) genetik materiallarının gətirilməsi və dövlət reyestrinə daxil edilməsi qadağandır.
Göstərilənlərə əməl etməyən hüquqi və fiziki şəxslər barədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 166 (İxtiraçılıq və patent hüquqlarını pozma) və 200-cü maddələrinin (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) tələblərinə əsasən müvafiq tədbirlər görüləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 d. əvvəl
-
-
9 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 12 d. əvvəl
- 25 d. əvvəl
- 28 d. əvvəl
- 35 d. əvvəl
- 37 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb






.jpg)
.jpg)












.jpg)



