1,5 litr içki və 200 ədəd siqaret rüsumsuz olacaq - QANUN DƏYİŞİR
Azərbaycana spirtli içki və siqaret idxalı zamanı tətbiq edilən vergi güzəştinin həcmi azaldılır
Azərbaycanda idxal zamanı aksiz vergisindən azad olunan spirtli içkinin həcmi 2 dəfə, siqaretin həcmi isə 3 dəfə azaldılır.
Bu, “Vergi Məcəlləsi”nə edilməsi təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Məlumata görə, Vergilər Məcəlləsinin 188.1.1-ci maddəsinə dəyişiklik edilir. Bununla da fiziki şəxslər fərdi istehlak üçün 1,5 litr alkoqollu içkini, 200 ədəd siqareti ölkəyə gətirərkən heç bir rüsum ödəməyəcəklər.
Qeyd edək ki, bundan əvvəl 3 litr spirtli içkinin, 600 ədəd siqaretin fərdi istehlak üçün Azərbaycan ərazisinə gətirilməsi aksizdən azad idi.
Bundan əlavə, alkoqollu içkilərə aksiz markasının verilməsinə görə 0,08 manat, tütün məmulatlarına aksiz markasının verilməsinə görə isə 0,05 manat dövlət rüsumu müəyyənləşib.
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
16 d. əvvəl
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“az” domeni üzrə milli inzibatçının hesabatlılığı ilə bağlı müzakirələr aparılıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Qeyri-sabit hava şəraiti mayın 5-dək davam edəcək, temperatur 4-8 dərəcə aşağı enəcək
- 5 saat əvvəl
- 6 saat əvvəl