“Bakcell”dən “İmzalı zəng” xidməti
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” şirkəti ölkənin mobil rabitə xidmətləri istifadəçilərinə innovativ xidmətlər təqdim edir.
Yeni istifadəyə verilən “İmzalı zəng” xidməti vasitəsilə siz özünüzü zəng etdiyiniz şəxslərə nömrəniz onların ünvan kitabçasında olmasa belə tanıda biləcəksiniz. Belə ki, zəng etdiyiniz şəxs təkcə nömrənizi yox, sizin imzanızı da görəcək.
Bu xidmətdən həm fərdi həm də korporativ abunəçilər yararlana bilər. Korporativ abunəçilər imza xidmətindən özünü ilk zəngdən potensial müştərilərə tanıtmaq üçün, fərdi abunəçilər isə zəngi qəbul edən şəxsə öz əhvalını ifadə edə və yaxud maraqlı bir ismarış göndərmək üçün istifadə edə bilərlər. Beləliklə, yeni xidmət sayəsində zənglər daha əyləncəli və maraqlı olacaq.
Xidməti aktivləşdirmək üçün seçdiyiniz imza mətnini yazıb SMS vasitəsilə 5111 qısa nömrəsinə göndərmək kifayətdir (fərdi abunəçilər üçün 1 SMS-in qiyməti 10 qəpik, korporativ abunəçilər üçün SMS pulsuzdur). Təsdiq mesajı aldıqdan sonra xidmətdən rahat şəkildə istifadə edə bilərsiniz. Öz imzanızı zəng etdiyiniz şəxsə göstərmək üçün yığdığınız nömrənin əvvəlində *5* yığın. “İmzalı zəng” xidmətinin istifadə haqqı CİN və Klass abunəçiləri üçün hər zəngə görə 0.10 AZN (ƏDV daxil), korporativ abunəçilər üçün isə ayda 1.99 AZN (ƏDV daxil) təşkil edir. "İmzalı zəng" zamanı bütün danışıqlar abunəçinin cari tarifinə uyğun hesablanır.
Qeyd edək ki bu xidmət ölkə daxilində və yalnız Bakcell nömrələrinə zəng üçün istifadə edilə bilər. İmzada qeyd edilən mətnə görə (yəni öz adını necə qeyd etməsi) üçün məsuliyyəti tam olaraq abunəçi özü daşıyır. Xidmət barədə daha ətraflı məlumat https://www.bakcell.com/az/call_signature səhifəsindən əldə oluna bilər.
İnnovasiya sahəsində özünü doğrultmuş lider olan Bakcell şirkəti müasir mobil rabitə xidmətlərinin istifadəçiləri üçün yeni və maraqlı xidmətlər göstərməyə davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
“PAŞA Kapital”, “PASHA Yatırım Bankası”nın 25 milyon dollarlıq istiqrazlarını yerləşdirəcək
-
11 saat əvvəl
gubre.az şəbəkəsinin yeni layihəsi fermerlərin xüsusi marağına səbəb oldu
-
12 saat əvvəl
Babək prospektində işıqforlar quraşdırılacaq, yarımdairə ləğv ediləcək
-
12 saat əvvəl
Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi
- 12 saat əvvəl
-
14 saat əvvəl
Belarus Azərbaycana birgə əczaçılıq müəssisələri yaratmağı təklif edib
-
14 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
15 saat əvvəl
“166 Logistika” ilə Çindən 12 günə sürətli çatdırılma - Regionda bir ilk ®
-
15 saat əvvəl
"Biz bu prosesdə texnika, aqroşəhərciklər, iş yerləri ilə iştirak edə bilərik"
- 15 saat əvvəl
- 15 saat əvvəl