Tesla-nın rəqibi, Elon Musk-ın məmləkətində avtomobil istehsal edəcək
Çinin dövlətə məxsus avtomobil şirkəti "BAIC Group", elektrikli avtomobil nəhəngi Tesla-nın İcraçı direktoru Elon Muskun doğulduğu Cənubi Afrikada istehsalına başlayacaq.
İnvestorlarına verdiyi sözlərə əməl etməyən və bu səbəbdən də "iflas" daxil bir çox ssenarisi yazılan Tesla, qlobal miqyasda imicini düzəltməyə çalışarkən, rəqibləri müxtəlif bazarlara daxil olmağa davam edir.
"Marja" xəbər verir ki, son olaraq Çində dövlətə aid "BAIC Group", paytaxt Pekində keçirilən avtomobil sərgisində, Cənubi Afrikada elektrikli avtomobil istehsal etməyi planlaşdırdıqlarını açıqlayıb. Cənubi Afrika eyni zamanda Tesla-nın İcraçı direktoru Elon Muskın anadan olduğu ölkədir.
Eyni zamanda, ABŞ və Kanada vətəndaşlığı da olan Musk, şirkətinin 2017 sonu üçün 20 min ədəd "Model 3" avtomobili sözü verib 360 avtomobil istehsal etməsi və 2,2 milyard dollar zərər açıqlamasının ardından, üç növbədə 7/24 çalışaraq sifarişləri təhvil verəcəyini demişdi.
Çin hökuməti, inkişaf edən elektrikli avtomobil sənayesinin mərkəzi halına gətirmək istəyir. Ekspertlərə görə, keçən il elektrikli avtomobil satışlarının yarısı Çində reallaşb. 2018-də Çində elektrik və hibrid avtomobil satışı 1 milyon ədədə çata bilər.
Yaponiyanın avtomobil istehsalçısı Nissan, Çin üçün hazırladığı ilk elektrikli avtomobilini təqdim edərkən, General Motors bir dəfə enerji yüklənməklə 600 kilometr yol qət edən "Buick SUV" modelini sərgiyə çıxarıb. Çinli "Geely" isə həm benzin, həm elektrik ilə çalışan vasitəni İsveçin Volvo şirkəti ilə birlikdə istehsal edir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 11 d. əvvəl
-
- 26 d. əvvəl
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
3 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dünyanın ən çox gəlir əldə edən şirkəti dəyişib
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb

























