Qorxudan tualetə getmirlər!
Gizlincə Amazon-un İngiltərədəki anbarına girən bir yazıçı, işçilərin qarşılarında qoyulmuş hədəflərə çatmaları üçün tualetə getmək əvəzinə, ehtiyaclarını şüşələrə etdiklərini ortaya çıxarıb.
Dünyanın ən varlı insanı Cef Bezosun texnologiya nəhəngi Amazon, yeni şirkət mədəniyyətinə görə tənqidlərin mərkəzindədir. Belə ki, işləyənlər qorxudan tualetə getmirlər, xəstələnəndə sərt şəkildə cəzalandırılırlar.
"Marja" xəbər verir ki, Amazon-un İngiltərənin Staffordşir (Staffordshire) şəhərində yerləşən anbarına işçi kimi girən yazıçı James Bloodworth, şirkətin məhsul paketləmə və göndərmə işlərini həyata keçirən işçilərinin inanılmaz şərtlərdə çalışdıqlarını ortaya çıxarıb. Bloodworth-ün ortaya çıxardıqları arasında, kompleksdəki tualetlərin sayının az olması səbəbindən çalışanların tualetlərini şüşələrə etdikləri də yer alır.
"The Sun" qəzetinə danışan Bloodworth, "Üst mərtəbədə işləyənlər tualetə getmək üçün dörd mərtəbə pilləkən enmək məcburiyyətində qalırlar. Verilən icazə vaxtı tualetə gedib qayıtmağa kifayət etməyə bilər. Boş keçirdikləri zamana görə cəzalandırılacaqlarından və işlərini itirməkdən qorxan insanlar tualetlərini şüşələrə edirlər",- deyib.
Amazon-un anbar işçilərinin məhsulları nə qədər sürətli seçib bükdüyünü təqib etdiyi və az fasilələr verdiyi məlum idi. Şirkət, uzun fasilələr verən və ya tapşırığa tam əməl etməyən əməkdaşlarına xəbərdarlıq xalları verir.
Amazon-un İngiltərədəki 241 anbar işçisi ilə həyata keçirilən və nəticələri həftənin əvvəlində nəşr olunan başqa bir sorğu isə işçilərin dörddə üçünün vaxt məhdudiyyətləri səbəbindən tualetə getməyə çəkindiklərini ortaya çıxarıb. Bir Amazon işçisi: "Tapşırıqlar inanılmaz şəkildə artırılıb. Tualetə getməyə vaxtım olmadığı üçün su içmirəm".
Digər bir işçi isə "Hədəflər hər il artır. Fasilələrdə tualetə qaça-qaça gedirik. Saatda 120 məhsul paketləmək dəhşətli şəkildə ağır bir işdir".
Digər bir qadın işçi isə xəstələnəndə şirkətin ona formal xəbərdarlıq etdiyini deyib: "Özümü çox pis hiss etməmə baxmayaraq işə getdim və iki saatın sonunda artıq dayana bilmədim. Müdirə xəstə olduğumu dedim və həkimə getdim. Həkimdən arayış gətirməmə baxmayaraq rəsmi xəbərdarlıq almışam".
Amazon isə həmişə olduğu kimi bu iddiaları da rədd edib və sorğuda iştirak edənlərin Amazon əməkdaşı olduqlarına şübhə etdiklərini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
23 d. əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
-
- 50 d. əvvəl
-
2 saat əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
2 saat əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
AccessBank 2025-ci il üzrə maliyyə nəticələrini açıqladı
Ən çox oxunanlar
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun























