Avropada mənzil qiymətləri artıb
Mənzil qiymətləri, 2017-ci ilin son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə Avro Bölgəsində 4,2 faiz, Avropa Birliyində (AB) 4,5 faiz yüksəlib
"Marja" xəbər verir ki, Avropa Statistika Ofisinin (Eurostat) yaydığı məlumatlara görə, mənzil qiymətləri indeksilə ölçülən mənzil qiymətləri 2017-nin dördüncü rübündə 2016-ci ilin eyni dövrü ilə müqayisədə Avro Bölgəsində 4,2 faiz, Avropa Birliyində (AB) 4,5 faiz artıb.
Ötən ilin dördüncü rübündə üçüncü rübə nisbətən mənzil qiymətləri isə Avro Zonasında 0,9%, AB-də 0,7% artım göstərib.
AB üzvü ölkələri arasında, 2017-ci ilin dördüncü rübündə əvvəlki ilin eyni dövrünə nisbətən mənzil qiymətlərində ən çox artım 11,8%-lə İrlandiyada qeydə alınıb. Sonra 10,5% ilə Portuqaliya və 10%-lə Sloveniya yer tutur. Bu dövrdə mənzil qiymətlərində yeganə azalma görülən ölkə 0,3%-lə İtaliya olub.
Mənzil qiymətlərində dördüncü rübdə əvvəlki rüblə müqayisədə ən çox artımın baş verdiyi ölkələr, 3,7% ilə Sloveniya, 3,2 faiz ilə Xorvatiya və 2,7 faiz ilə Cənubi Kipr olub. Həmin dövrdə mənzil qiymətlərində ən çox azalma görülən ölkələr 2,8%-lə İsveç, 1,7% ilə Danimarka, 0,4%-lə Belçika və 0,3%-lə Finlandiya olub.
Avropanın ən böyük iqtisadiyyatı Almaniyada isə mənzil qiymətləri ötən ilin son rübündə əvvəlki ilin eyni rübünə nisbətən 3,7 faiz və üçüncü rübə nisbətən də 1,6 faiz yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 11 d. əvvəl
-
2 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
2 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
























