İlk Bakı-Küveyt-Bakı çarter reysi baş tutdu
"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti ilə Küveytin "AlKazemi Travel Agencies" turizm şirkəti arasında imzalanmış əməkdaşlıq haqqında sazişə əsasən AZAL ilk Bakı-Küveyt-Bakı turist çarter reysini həyata keçirib.
2017-ci ilin yanvar ayından sentyabr ayına kimi ilk mərhələdə 12 çarter reysinin yerinə yetirilməsi nəzərdə tutulub.
Reyslər komfortlu Airbus А320 laynerləri ilə Heydər Əliyev Beynəlxalq Aeroportundan Küveytin paytaxtında yerləşən Şeyx Saad Hava Limanına yerinə yetiriləcək. Reyslərin əsas təyinatı - hər iki ölkəyə mütəşəkkil turist qruplarının daşınmasıdır. Bununla belə, bəzi reyslərə individual aviabiletləri AZAL-ın agentliklərində və ya aviaşirkətin saytında əldə etmək mümkündür. Qrupların bronlaşdırılması üçün "ALKazemi Travel Agencies" şirkətinin Azərbaycandakı Agenti "Silk Way Travel" şirkətinə müraciət etmək olar.
Bir həftə ərzində Azərbaycanda səfərdə olmuş küveytli turist qrupunun rəhbəri Hüseyn Ədul Ayu belə bir imkanın yaradılmasına görə AZAL-a və Küveytin "AlKazemi Travel Agencies" turizm şirkətinə minnətdarlığını bildirib.
Keçən yay Küveytdən 500-ə yaxın turistin Azərbaycana səfər etdiyini bildirən qrup rəhbəri hesab edir ki, birbaşa reyslərin açılması Küveytdən olan turistlərin sayinı 3-4 minə artıracaq. “Biz Azərbaycan, Qəbələ, Şamaxı barədə çox eşitmişik, gəldik bu yerləri gözlərimizlə gördük, çox bəyəndik və yaxınlarımıza Azərbaycana səfər etməyi tövsiyə edəcəyik. Biz Azərbaycanı və buranın insanlarını çox sevirik”, - deyə Hüseyn Əbul Ayu bildirib.
Azərbaycana heyran olduğunu bildirən küveytli turist xanım Səlva əl-Şihaf Şamaxıda onlara göstərilən xidmətdən çox razı qalıb. Ailəsi ilə birlikdə istirahət etdiyini söyləyən xanım Azərbaycanın görməli yerlərini seyr etmək üçün yenidən ölkəmizə gələcəyini deyib.
Küveytli turist Abdulla Əhməd isə Nabranda istirahət etdiyini və yüksən xidmət gördüyünü söyləyib. Azərbaycanda mənzərəli yerlərin çox olduğunu, oraları gördüyünə görə özünü xoşbəxt hiss etdiyini bildirib.
©Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bank of Baku" "UiPath" ilə proseslərin robotlaşdırılmasına başlayır
-
-
2 saat əvvəl
Bakıda inşa edilə nəhəng yaşayış kompleksində "Rahat Gourmet" açılıb
-
2 saat əvvəl
Azərbaycanın telekommunikasiya şirkətinin kapitalı böyük məbləğdə azaldılıb
-
2 saat əvvəl
Xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclər qismən geri ödəniləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
"CEO artıq yalnız menecer deyil, şirkətin əsas kommunikasiya kanalıdır" - MÜSAHİBƏ
-
3 saat əvvəl
İlk 2 ayda pərakəndə ticarət şəbəkəsində satışların məbləği 10 milyard manatı aşıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Bank of Baku" "UiPath" ilə proseslərin robotlaşdırılmasına başlayır
Bakıda inşa edilə nəhəng yaşayış kompleksində "Rahat Gourmet" açılıb
Ən çox oxunanlar
"UniCredit"dən "Commerzbank"a 35 milyard avroluq təklif
"Qlobal iqtisadiyyatdakı son proseslər nəzərə alınacaq, yenilənmiş makroiqtisadi proqnozlar təqdim ediləcək"
Martın 17-də gözlənilən hava şəraiti
Xüsusi karantin rejiminin müddəti uzadıldı - 1 İYULADƏK QURU SƏRHƏDLƏR BAĞLI QALACAQ
Azərbaycan 153 ölkə arasında 80-ci yerdə olub





















