Dövlət “Mərdəkan”ı 540 min manata satır
Əmlak Məsələləri Dövlət Komitəsi 28 fevral 2017-ci il tarixinə yeni hərrac elan edib. Bu hərraca ümumilikdə 75 dövlət əmlakını özəlləşdirmək təklif olunur. Vətəndaşlar hərraca çıxarılan 20 səhmdar cəmiyyəti, 29 kiçik dövlət müəssisəsi, 25 qeyri-yaşayış sahəsi və 1 yarımçıq tikilini özəlləşdirə bilər.
Hərraca çıxarılan obyektlərin özəlləşdirilməsi ilə bağlı sifariş vermək üçün komitənin “privatization.az” portalında elektron keçid aktivdir:
http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1287
Təklif olunan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtın Səbail, Xəzər, Nəsimi, Sabunçu və Suraxanı rayonları, Şəki, Mingəçevir, Sumqayıt şəhərləri, Şirvan, Ağdaş, Lənkəran, Quba, Yardımlı və Neftçala rayonlarında yerləşir. Ən yüksək satış qiyməti ilə təklif olunan kiçik dövlət müəssisələri Səbail rayonundakı 11 saylı yanacaqdoldurma məntəqəsi, Nəsimi rayonundakı 7 saylı atelye və Xəzər rayonundakı “Mərdəkan” restoranıdır. Birinci əmlak 598 min 500 manata, digər iki əmlakın hər biri 540 min manata təklif olunur.
Özəlləşdirilməsi təklif olunan qeyri-yaşayış obyektlərinin hamısı paytaxtın müxtəlif rayonlarında yerləşir. Nərimanovda 6, Xətaidə 5, Yasamalda 4, Nizamidə 4, Nəsimidə 3, Binəqədidə 2, Səbaildə 1 obyekt hərraca çıxarılıb. Bu əmlakların sırasında ən yüksək qiymət təyin olunmuş əmlak Səbail rayonundakı qeyri-yaşayış sahəsidir. Adıçəkilən obyektə 720 min ilkin satış qiyməti təyin olunub. Nizami rayonundakı qeyri-yaşayış binasını özəlləşdirmək istəyən iddiaçılar isə hərrac zamanı əmlaka qoyulmuş 215 min manat start qiymətindən yuxarı qiymət təklif etməli olacaqlar.
Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarda yerləşən belə iri müəssisələr sırasında paytaxtın Sabunçu rayonunda yerləşən “Sabunçu Ticarət Təchizat” və “Zabrat Tikinti Quraşdırma”, Xətai rayonundakı “Xətai Ticarət-108” ilə yanaşı, regionlarda yerləşən “Astara çay-3”, “Mingəçevir Qum Çınqıl”, “Port İliç Xidmət”, “Ucar ağac emalı”, “Xaçmaz Mexanizasiya Nəqliyyat” kimi səhmdar cəmiyyətlər var.
Sifarişi komitənin özəlləşdirmə portalına daxil olaraq rahat və operativ şəkildə vermək mümkündür. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək qəbul edilir. Elektron sifariş verildikdən sonra əmlakın ilkin satış qiymətinin 10% məbləğində behi elektron qaydada ödənilir. Bu prosedurdan sonra vətəndaş hərracda iştirak etmək statusu qazanır. Hərracda qalib olmayan şəxsin ödədiyi beh 10 gün ərzində geri qaytarılır. Hərrac prosedurları barədə ətraflı məlumatı komitənin (012) 566 07 44 nömrəli çağrı mərkəzindən almaq olar.
Hərraclar barədə məlumatlar Özəlləşdirmə portalı (privatization.az) ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsində ictimaiyyətə hər həftə açıqlanır. Özəlləşdirmə portalında hərraclarla tanış olan istifadəçi hər hansı sualı yaranarsa, portalın onlayn məsləhət pəncərəsi vasitəsilə sualını ünvanlaya bilər.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
-
-
1 gün əvvəl
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
-
1 gün əvvəl
ABŞ bankından bazarlar üçün böhran xəbərdarlığı: Vəziyyət getdikcə 2008-i xatırladır
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir
-
1 gün əvvəl
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp Putinin İrana "azacıq" kömək göstərdiyini etiraf edib
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
Ən çox oxunanlar
Palma yağı qiymətlərində artım davam edir
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
PAŞA Sığorta ilə Ramazan və Novruz bayramlarının sevincini səyahətdə doya-doya yaşayın!
Qarabağda torpaqların icarəyə verilməsi üzrə 2-ci investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin”

















