Auditorlar Palatasında struktur dəyişikliyi olub, bir neçə şöbə ləğv edilib
Auditorlar Palatasında struktur dəyişikliyi aparılıb və yeni idarə yaradılıb.
Bununla bağlı Palatanın sədri Vahid Novruzov əmr imzalayıb.
Əmrə əsasən, Palatanın strukturunda birbaşa sədrə tabe olan "Xüsusi Auditlər, Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, Daxili Nəzarət və Forenzik Təhlillər İdarəsi" yaradılıb.
Yeni idarənin auditor xidməti göstərən subyektlər üzrə komplayns, hüquqi ekspertiza, xüsusi audit, forenzik təhlil, etik nəzarət, risk monitorinqi, peşə nəzarəti və daxili nəzarət üzrə yoxlama funksiyalarını həyata keçirəcəyi bildirilir.
İdarənin fəaliyyətində xüsusi auditlər, terrorçuluğun maliyyələşdirilməsinə və çirkli pulların yuyulmasına qarşı mübarizə, hədəfli maliyyə sanksiyalarına uyğunluq, peşə etikası və hüquqi ekspertiza vahid funksional sistem kimi tətbiq olunacaq.
Yeni idarənin tərkibində aşağıdakı şöbələr fəaliyyət göstərəcək:
- Xüsusi Auditlər və Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə şöbəsi;
- Daxili Nəzarət və Komplayns şöbəsi;
- Peşə Etikasının Hüquqi Təminatı və Monitorinqi şöbəsi;
- Hüquqi Ekspertiza, Forenzik Təhlil və Metodoloji Təminat şöbəsi.
Eyni zamanda Palatanın strukturunda mövcud olan "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə İdarəsi", eləcə də bir sıra şöbələr ləğv edilib və onların funksiyaları yeni yaradılmış idarəyə inteqrasiya olunub.
Əmrdə qeyd olunub ki, yeni strukturun yaradılmasında məqsəd audit sistemində şəffaflığın, peşə məsuliyyətinin, etik davranışın, komplayns mədəniyyətinin və riskəsaslı nəzarətin gücləndirilməsidir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
6 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 8 d. əvvəl
-
-
13 d. əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
18 d. əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
4 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
AccessBank-da kart əməliyyatları bərpa olundu
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb





























