“Adobe”un təhlükəsizlik yeniləmələrini quraşdırmaq tövsiyə olunur
“Adobe” şirkəti “Adobe Flash Player”, “Connect və Dreamweaver”dəki təhlükəsizlik boşluqlarının qarşısının alınması məqsədilə müvafiq təhlükəsizlik yeniləmələrini təqdim edib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti istifadəçilərə və inzibatçılara (administrator) təqdim olunan təhlükəsizlik yeniləmələrini quraşdırmağı tövsiyə edir.
Elektron Təhlükəsizlik Xidməti nəzərinizə çatdırır ki, bədniyyətlilər yoluxmuş sistemlərin idarəedilməsi üçün bu adıçəkilən proqram təminatlarındakı boşluqları istismar edə bilər.
Belə ki, “Adobe Flash Player”in 28.0.0.161 və əvvəlki versiyalarındakı boşluqların (CVE-2018-4919 və CVE-2018-4920) qarşısının alınması üçün buraxılan yeniləmələr “Windows”, “Macintosh”, “Linux” və “Chrome” əməliyyat sistemləri (ƏS) üçün nəzərdə tutulub.
Yeniləmələri yükləyib quraşdırmaq üçün “Adobe Təhlükəsizlik Bülleteni”nin "Həll (Solution)" bölməsindən istifadə edilməsi tövsiyə olunur:
https://helpx.adobe.com/security/products/flash-player/apsb18-05.html
“Adobe Connect” üçün təqdim olunan yeniləmə "Cross-site scripting" hücumunu həyata keçirmək üçün istifadə oluna bilən SWF fayl yüklənməsi boşluğunun (CVE-2018-4921) aradan qaldırılması üçün nəzərdə tutulub. Yeniləmə eyni zamanda “Windows” sistemində "OS Command Injection" (CVE-2018-4923) təhlükəsizlik açığının aradan qaldırılması üçün düşünülüb. Yeniləmələri aşağıdakı linkdən yükləyib quraşdırmaq olar:
https://helpx.adobe.com/security/products/connect/apsb18-06.html
“Adobe Dreamweaver” üçün nəzərdə tutulan təhlükəsizlik yeniləməsi “Windows ƏS-dəki kritik "OS command injection" (CVE-2018-4924) təhlükəsizlik açığının aradan qaldırılması üçün nəzərdə tutulub.
Yeniləmələri yükləyib quraşdırmaq üçün “Adobe Təhlükəsizlik Bülleteni”nin "Həll (Solution)" bölməsindən istifadə edilməsi tövsiyə olunur:
https://helpx.adobe.com/security/products/dreamweaver/apsb18-07.html.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
Honda elektrik avtomobillərinə 65 milyard dollar sərmayə yatıracaq
-
4 saat əvvəl
Mərkəzi Bank: Kredit risklərinin səviyyəsində azalma müşahidə edilir
-
6 saat əvvəl
Sabah Bakıda Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet
-
7 saat əvvəl
Teplovozlardan biri Bakıya çatdırılıb - ADY lokomotiv parkını sağlamlaşdırır
-
7 saat əvvəl
Azərbaycanda özbaşına inşa edilmiş mənzillərlə bağlı hüquqi sənədlər hazırlanır
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Ələt Azad İqtisadi Zonasının karqo terminalı ilə illik 500 min ton yük daşınacaq”
- 7 saat əvvəl
-
8 saat əvvəl
328 tam təmirli mənzil kirayə mexanizmi ilə satışda - aylıq ödənişləri 376 manatdan başlayır
-
8 saat əvvəl
İstehlak kreditləri portfelinin dollarlaşması tarixi minimuma enib
- 8 saat əvvəl