Trampın Baş iqisadi müşaviri istefa verdi
ABŞ Prezidenti Donald Trampın Baş iqisadi müşaviri Gary Cohn idxal dəmir və alüminiuma tətbiq edilməsi planlaşdırılan gömrük tarifləri səbəbi ilə istefa verib.
"Marja" xəbər verir ki, Tramp ilə vidalaşan növbəti ad olan Cohn, vəzifəsindən gedəcəyinə dair xəbərləri vediyi yazılı bəyanatla təsdiq edib.
Cohn açıqlamasında, "Ölkəmə xidmət etmək və xüsusən tarixi vergi islahatı kimi amerikalılara fayda verəcək inkişaf tərəfdarı iqtisadi siyasətləri həyata keçirməkdən şərəf duydum. Preident Trampa mənə bu şansı verdiyi üçün minnətdaram. Özünə və rəhbərliyinə gələcəkdə böyük uğur arzulayıram",- ifadələrini istifadə edib.
Prezident Tramp isə Cohnun istefasının ardından verdiyi açıqlamada bunları qeyd edib:
"Gary, mənim Baş iqisadi müşavirim kimi siyasətlərimizi idarə etmək, tarixi vergi güzəştlərini və islahatlarını həyata keçirməkdə yardım etmək və Amerika iqtisadiyyatını "zəncirlərindən" xilas etməkdə mükəmməl işlər gödü. Özü nadir bir istedaddır və ona Amerikalılara göstərdiyi xidmətlərə görə təşəkkür edirəm".
Həmçinin Trump, Twitter hesabından verdiyi açıqlamaqla, Cohnun yerinə gətirəcək adı qısa müddət ərzində açıqlayacağını bildirib.
İSTEFANIN SƏBƏBİ DƏMİR VƏ ALÜMİNİUM TARİFLƏRİDİR
Amerika mətbuatında gün ərzində çıxan xəbərlərdə, "həm də Milli İqtisadiyyat Şurasının direktoru olan Gary Cohnun bəzi Respublikaçı Konqres üzvlərilə Trumpı sözügedən gömrük vergilərini tətbiq etməkdən imtina etməyə çalışdığı və səylərinin nəticə verməməsi vəziyyətində vəzifəsindən istefa verəcəyi" qeyd edilmişdi.
Tramp, sözügedən xəbərlərin ardından Twitter hesabından, "İnsanlar hər zaman gələr və gedər. Mən son qərarımı vermədən əvvəl güclü bir dialoq olmasını istəyirəm. Hələ də dəyişdirmək istədiyim insanlar var. Xaos yox, sadəcə, böyük enerji var", -ifadələrinə yer verib.
Polad və alüminiuma tətbiq ediləcək gömrük tariflərinin "ticarət müharibəsinə" səbəb olacağı bildirilir və ABŞ bazarları bundan naahatdır. Analitiklər, bazarların Cohnun istefasını müsbət qarşılanmayacağını qeyd edirlər.
Ağ Evin Baş iqtisadi müşaviri olmaq üçün "Goldman Sachs"a rəhbərliyindən imtina etmiş Gary Cohn, 500 milyon dolların üzərində olduğu güman edilən sərvətilə Trampın komandasında ən zəngin adlardan biri idi.
Trump, mart ayının əvvəlində verdiyi bəyanatda, ölkəsinin idxal etdiyi dəmirə 25 faiz, alüminiuma isə 10 faiz əlavə gömrük rüsumu tətbiq ediləcəyini bildirmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
15 d. əvvəl
İran: ABŞ danışıqlar prosesi öncəsi razılaşdırılmış 10 maddəlik təklifin 3 əsas maddəsini pozub
- 21 d. əvvəl
-
-
9 saat əvvəl
"Paşa Holding"də Baş icraçı direktorun müavini daha bir vəzifəyə təyin olunub
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
AccessBank yenidən Azərbaycanın ən çox vergi ödəyən 100 şirkəti sırasında
-
16 saat əvvəl
Ən çox vergi ödəyən 100 şirkət siyasına daxil olan yeganə BOKT
- 16 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
İran: ABŞ danışıqlar prosesi öncəsi razılaşdırılmış 10 maddəlik təklifin 3 əsas maddəsini pozub
Rəsmi məzənnələr açıqlandı
Tramp: İrana silah satan ölkələrə 50% rüsum tətbiq ediləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox vergi ödəyən əczaçılıq şirkətləri -SİYAHI
Ən çox oxunanlar
Ən çox vergi ödəyən 100 şirkət siyasına daxil olan yeganə BOKT
"NORM" ən çox vergi ödəyən sement istehsalçısıdır
İntensiv yağışlar nəticəsində 600-dən çox sığortalı zərər görüb
Azercell yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir
Azərbaycan və Serbiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
PAŞA Bank Biznes tətbiqi yeniləndi





















