970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

“Subway” Azərbaycan bazarına daxil olur - FOTO

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Subway” Azərbaycan bazarına daxil olur - FOTO
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq restoran şəbəkəsi olan “Subway” Azərbaycan bazarına daxil olduğunu elan edib.

Şirkətin rəsmi saytında dərc olunan məlumata görə, müvafiq master-françayzinq müqaviləsi “N Sky Build" MMC şirkəti ilə imzalanıb.

Müqavilənin şərtlərinə əsasən, “N Sky Build” ölkə ərazisində “Subway” şəbəkəsinin inkişafı və idarə edilməsi üzrə eksklüziv hüquqlar əldə edib.

Azərbaycan brendin Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionunda yeni təmsil olunduğu ölkəyə çevrilir.

“N Sky Build”-in sədri Nuri Qaragöz KİV-ə açıqlamasında müqavilənin imzalanmasını uzunmüddətli layihə adlandırıb.

“Subway”in Azərbaycan bazarına daxil olması şirkətimiz üçün mühüm mərhələdir. Söhbət yeni iş yerlərinin yaradılmasından, müasir idarəetmə standartlarının tətbiqindən və ölkədə ictimai iaşə seqmentinin inkişafından gedir. Biz bu layihəni iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına töhfə kimi dəyərləndiririk və şəbəkənin mərhələli genişləndirilməsini planlaşdırırıq", — Nuri Qaragöz bildirib.

Xatırladaq ki, “Subway” dünya üzrə 37 000-dən çox nöqtədə təmsil olunan, sendviçlərin hazırlanması üzrə ixtisaslaşmış ən böyük beynəlxalq restoran şəbəkələrindən biridir. Son illərdə şirkət EMEA (Avropa, Yaxın Şərq və Afrika) regionunun ölkələrində master-françayzinq müqavilələrinin bağlanmasını fəal şəkildə davam etdirir.

“Subway”in Azərbaycan bazarına çıxışı sürətli xidmət seqmentində rəqabəti gücləndirir və beynəlxalq brendlərin ölkəyə artan marağından xəbər verir.

İş elanları AzVak.az-da

SubwayAzərbaycan Subwayfrançayzinq N Sky BuildMMC NuriQaragöz SubwayBeynəlxalq Subwayrestoran AzərbaycanbazarınaSubway işyeriyaradılması iaşəseqmenti iqtisadiyyat sendviç masterfrançayzinq Subwaygenişləndirilməsi rəqabət ictimaiiaşə
08.04.2026 11:26

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18