Azərbaycanla İran gömrükdə "bir pəncərə" sistemini tətbiq edəcək
Azərbaycanla İran gələn aydan gömrükdə "bir pəncərə" sisteminin tətbiqinə başlayacaq. Bunu açıqlamasında İranın Gömrük Xidmətinin rəhbəri Məsud Kərbasian deyib.
Hər iki ölkənin gömrük xidmətləri arasında bununla bağlı müvafiq sazişin imzalandığını xatırladan M. Kərbasian qeyd edib ki, "bir pəncərə" sisteminin tətbiqi ilə adıçəkilən qurumlar məlumat mübadiləsini elektron formada həyata keçirəcək:
"Bu sistemin tətbiqi bizə nə verəcək? Onun tətbiqi hər iki qurumun işlərini sürətləndirəcək, gözləmə müddətini azaldacaq. Bundan başqa, bir ölkənin qurumu yoxlama işlərini həyata keçirdikdə, digər ölkənin qurumu tərəfindən bu işlərin aparılmasında zərurət qalmayacaq. Beləliklə, biz xeyli vaxta qənaət edəcəyik. Bununla yanaşı, bu sistem gömrük sahəsində qanun pozuntusu halları ilə mübarizəni daha da effektiv edəcək. Proqrama əsasən, gələn ay bu sistemin tətbiqinə başlanılacaq. Hazırda ikitərəfli görüşlər davam etdirilir, bəzi detallar dəqiqləşdirilir. Biz bu sistemi Türkiyə ilə birgə tətbiq etmişik. Lakin Azərbaycanla birgə tətbiq etdiyimiz sistem daha təkmil formadadır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
Türk İnvestisiya Fondunun təsis iclası keçirilib, Baş direktoru seçilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Honda elektrik avtomobillərinə 65 milyard dollar sərmayə yatıracaq
-
2 gün əvvəl
Mərkəzi Bank: Kredit risklərinin səviyyəsində azalma müşahidə edilir
-
2 gün əvvəl
Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet
-
2 gün əvvəl
Teplovozlardan biri Bakıya çatdırılıb - ADY lokomotiv parkını sağlamlaşdırır