İnternet Bankçılıqda “Cash by Code” xidməti!
Bank of Baku-dan İnternet Bankçılıqda “Cash by Code” xidməti!
Hər zaman müştərilərinin istək və müraciətlərini nəzərə alan Bank of Baku, İnternet Bankçılıqda “Cash by Code” xidmətindən istidafə imkanı yaratdı.
“Cash by code” - bank kartı olmayan şəxslərə pul vəsaiti göndərmə imkanı yaradan xidmət növüdür. Belə ki, artıq günün istənilən saatında, təhlükəsiz və rahat şəkildə Bank of Baku müştəriləri kart hesablarından pul vəsaitlərini İnternet Bankçılıq vasitəsi ilə bank kartı olmayan şəxsə göndərə biləcəklər.
“Cash by code” xidməti vasitəsilə pul göndərmək istəyən şəxslər, İnternet Bankçılığa daxil olaraq, Pul köçürmələri bölməsindən “Cash by Code”u seçib,
-Şəxsi mobil nömrəsini qeyd etməli;
-Vəsaiti alacaq şəxsin mobil nömrəsini daxil etməli;
-Göndəriləcək məbləği qeyd etməli;
-Siyahıdan məbləği göndəriləcək kartı seçməli;
-Məbləği göndərmək üçün “Təsdiqləmək” düyməsinə klik etməlidir.
Əməliyyatı tamamladıqdan sonra, pul göndərən şəxsə hər biri 6 rəqəmli olmaqla 2 hissədən ibarət xüsusi kod təqdim edilir.
Kodun birinci hissəsi (birinci altı rəqəm) pul göndərilən şəxsin mobil telefonuna, ikinci hissəsi (ikinci altı rəqəm) isə pul göndərən şəxsin mobil telefonuna SMS-məlumat kimi göndərilir. Köçürmə edən şəxs SMS vasitəsilə əldə etmiş olduğu kodu köçürməni alan tərəfə məlumat verməlidir.
Pulu qəbul edən tərəf vəsaiti əldə etmək üçün,
-Bank of Baku-nun ATM-ə yaxınlaşmalı;
-“Cash by Code” opsiyasını seçməli;
-SMS vasitəsilə və pul göndərən şəxs tərəfindən təqdim olunmuş şifrələri ardıcıllıqla daxil etməlidir.
ATM-ə daxil edilən məlumatlar düzgün olarsa, şəxs vəsaiti əldə edə bilər. Qeyd edək ki, vəsaitin köçürülməsinə görə komisyon haqqı vəsaiti göndərən şəxsdən tutulur. Məbləği qəbul edən tərəf heç bir komissiya ödəmir.
Köçürülmə məbləğinə təyin olunmuş limit və tətbiq olunan tariflərlə bu linkə daxil olaraq tanış ola bilərsiniz.
“Cash by Code” xidməti haqqında ətraflı məlumatla Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış olmaq olar.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
1 d. əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
- 7 d. əvvəl
- 7 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
12 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
13 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
13 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
13 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Ən çox oxunanlar
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb

























