Azercell daha 25 tələbəni təqaüdlə mükafatlandırdı
Ölkənin lider mobil rabitə təminatçısı Azercell Telekom-un 2017-ci il üçün elan etdiyi Tələbə Təqaüdü proqramının qalibləri artıq bəlli olub.
1200-dən çox tələbənin müraciət etdiyi proqramda 25 nəfər Azercell Təqaüdçüsü fəxri adını qazanıb. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisadiyyat Universiteti, Bakı Mühəndislik Universiteti, Mingəçevir Dövlət Universiteti, ADA Universiteti ,Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texniki Universitetində təhsil alan tələbələrin qazandığı Təqaüd Proqramı sentyabrın 15-də elan olunmuşdu. Öz sahəsində peşəkar olmaq, gələcək karyerası üçün təməl yaratmaq istəyən gənclər Təqaüd Proqramına müraciət etmək imkanı əldə etmişlər. Proqramın məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir. Proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin sonuna qədər Azercell şirkəti tərəfindən müəyyənləşdirilmiş təqaüd alacaqlar. Bununla yanaşı, bu tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılacaq. Belə ki, onlar telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlətində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər.
Beləliklə, 2017-ci ildə Azercell təqaüdçüsü adını qazanan ümumi 25 nəfər tələbədən 7-si bölgələrdə fəaliyyət göstərən təhsil müəssisələrində, 9-u Bakı Ali Təhsil Müəssisələrində, 9-u isə SABAH Qruplarında təhsil alır.
Mükafatlandırma mərasimi 9 yanvar tarixində Azercell şirkətinin baş ofisində baş tutub. Azercell-in prezidenti Vahid Mürsəliyev və SABAH qrupunun İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə qalibləri təbrik edərək onlara sertifikat və hədiyyələr təqdim etdi.
Azercell şirkəti Tələbə Təqaüd Proqramını 2008-ci ildən etibarən hər tədris ilində təqdim edir. Bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 150-dən çox tələbə şirkətin fəxri təqaüdçüsü adına layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 10 saat sonra
-
- 6 saat sonra
-
10 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
11 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
11 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb



















.jpg)

