Bank sektorunun vəziyyətinə dair yeni göstəricilər açıqlandı
30 noyabr 2017-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 26 milyard 393.9 milyon manat, cəmi öhdəlikləri isə 23 milyard 255 milyon manat təşkil etmişdir. Bu barədə Marja-ya Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.
Məlumata görə, sektorun balans kapitalı 3 milyard 138.9 milyon manat, əhalinin əmanətləri isə 7 milyard 346.6 milyon manat olmuşdur. Noyabr ayında əhalinin əmanətləri 1.3% və ya 96.4 mmilyon manat artmışdır.
Fəaliyyət göstərən 31 bankın filiallarının sayı 547, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,460 olmuşdur.
Bütövlükdə, bank sektorunun işçi heyəti 16,629 nəfər təşkil etmişdir. Banklar tərəfindən xərclərin optimallaşdırılması strategiyası çərçivəsində filial şəbəkəsinin daralması fonunda noyabr ayı ərzində bank sektorunda çalışan işçilərin sayında 1% və ya 159 nəfər artım olmuşdur.
30 noyabr 2017-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 1 saat əvvəl
-
2 saat əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
2 saat əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
2 saat əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
-
3 saat əvvəl
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 23-də gözlənilən hava şəraiti
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Ən çox oxunanlar
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir





















