Azərbaycanın tanınmış markası yeniləndi - REBRENDİNQ
“Delta Qrup C.O.” MMC fəaliyyət göstərdiyi 18 il ərzində daim istehsal etdiyi yüksək keyfiyyətli məhsullları və qabaqcıl şirkətlər ilə əməkdaşlığı sayəsində Azərbaycan bazarında əhəmiyyətli yer tutmaqdadır. Daimi inkişaf etmək və mütəmadi yeniliklərin həyata keçirilməsi şirkətin əsas dəyərlərindən biridir.
Şirkətdən "Marja"ya verilən məlumata görə, Azərbaycanın ən çox üstünlük verilən yerli markası olan “Bismak” rebrendinq edilib.
Rebrendinq etməkdə əsas məqsəd istehlakçılar ilə münasibətlərin yeni mərhələsinə çıxmaq, əlavə müştərilərin diqqətini cəlb etmək, artıq qazanılan müştərilərin loyallığını artırmaqdır.
Şirkətin məlumatında deyilir:
-Yenilənmiş loqotipin elementləri aşağıda məlumatları özündə əks etdirir. Öncədən arxa planı oval - yuvarlaq olan loqonun modern cizgilərlə kvadrat formada olan və hər kənarı "Bismak"ın Güclü, Keyfiyyətli, Uğurlu və Tanınmış kimi əsas prinsiplərinə işarə edən amillər olaraq daha da təkmilləşdirilib:
-Güclü və Müasir (Strong & Be Modern)
-Keyfiyyətli və Təbii (Qualitative & Be Fresh )
-Uğurlu və Daim yenilənən (Recognizable & Be Trendy)
-Tanınmış və Əla (Successful & Be Cool)
"Loqotipin “B” hərfi "Bismak" markasının ilk hərfinə işarə edir. “!” ilə isə yeni loqonu daha da əminliklə pozitiv bir formada vurğulamaq istədik. Eyni zamanda “İ” hərfinin daha modern şəkildə təqdim olunmuş versiyasıdır".
Loqo 3 vizual formada təqdim olunur:
-Əsas məhsulların üst tərəfində təqdim olunan loqo
Qutu və qablaşdırmaların arxa tərəfində şaqüli şəkildə təqdim olunan loqo
Qutu və ambalajların arxa tərəfində üfüqi şəkildə təqdim olunan loqo
Yenilənmiş loqo ilə bərabər "Bismak" yeni sloqanı ilə fərqli mesaj vermək qərarına gəlib:
Möcüzələr yaradır → Bizi Birləşdirən Bir Dad!
Loqotipin yeni cizgisi ilə sizə eyni “Bismak” adının anlamını verərkən, qırmızı rəngi ilə pozitiv enerji verən, iştah açan bir marka olduğunu yansıtmaq istənib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 6 gün sonra
- 3 gün sonra
-
- 9 d. əvvəl
-
2 saat əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 11 saat əvvəl
-
21 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 21 saat əvvəl
-
23 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı



























