“Kürdəmir Taxıl” "AVETA-K" olur
2017-ci il fevralın 28-i “Kürdəmir Taxıl” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxilidir;
- Cəmiyyətin 2016-cı ildə maliyyə- təsərrüfat fəaliyyətinin yekunlarına dair idarə heyətinin hesabatı.
-Müşahidə Şurası, idarə heyəti və maliyyə-təftiş komissiyasının üzvlərinin seçilməsi.
-“Kürdəmir-Taxıl” ASC-nin yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində yeni hüquqi şəxsin "AVETA-K" MMC-nin yaradılması.
- “Kürdəmir-Taxıl” ASC- nin nizamnamə kapitalından ayırmaqla cəmi 4187012,00 manat dəyərində olan payın (ümumilikdə 4 nəfər səhmdara məxsus səhmlərinin nisbətində 766000,00 manat, 768000,00 manat, 1180740,00 manat, 1472272,00 manat məbləğində ) bölünmə balansına uyğun olaraq yeni yaradılan "AVETA-K" MMC-nin nizamnamə kapitalına keçirilməsi.
- “Kürdəmir-Taxıl” ASC-nin əmlakının, hüquq və vəzifələrinin bölünmə balansına uyğun olaraq yeni yaradı lan "AVETA-K" MMC-yə keçirilməsi.
-“Kürdəmir-Taxıl” ASC-nin nizamnamə kapitalından 4187012,00 manat məbləğində payın və “Kürdəmir-Taxıl” ASC-nin əmlakının, hüquq və vəziflərinin müvafiq olaraq yeni yaradılan "AVETA-K" MMC-yə keçirilməsi ilə əlaqədar tərtib olunmuş bölünmə balansının, təhvil aktının təsdiq edilməsi və bölünmə balansını, təhvil aktı nı imzalamaq səlahiyyətlərinin “KürdəmirTaxıl” ASC-nin idarə heyətinin sədrinə həvalə edilməsi.
- “Kürdəmir-Taxıl” ASC-nin nizamnamə kapitalının həcminin və “Kürdəmir-Taxıl” ASC-nin səhmdarlarının nizamnamə kapitalında səhmlərinin miqdarının müəyyən edilməsi.
- “Kürdəmir-Taxıl” ASC-nin yenidən təşkil edilməsi ilə əlaqədar təsdiq olunmuş bölünmə balansı üzrə müstəqil auditor yoxlamasının aparılması və auditor rəyinin təqdim edilməsi üçün sərbəst auditor A.Musayev ilə müvafiq müqavilənin bağlanması.
-“Kürdəmir-Taxıl” ASC-nin nizamnamə kapitalının bir hissəsini təşkil edən AZ1001010664 nömrə ilə dövlət qeydiyyatına alınmış, hər birinin nominal dəyəri 2,00 (iki) manat, məcmu nominal dəyəri 4187012,00 manat olan 2093506 ədəd adi, adlı və sənədsiz səhmlərin dövriyyədən çıxarılaraq ləğv edilməsi və bunun üçün müvafiq olaraq Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına və "Milli Depozit Mərkəzi" QSC-yə müraciət edilməsi.
- “Kürdəmir-Taxıl” ASC-nin yenidən təşkil edilməsi ilə əlaqədar “KürdəmirTaxıl” ASC-nin nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi.
- “Kürdəmir-Taxıl” ASC-nin yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində yeni hüquqi şəxsin "AVETA-K" MMC-nin yaradılması ilə əlaqədar bölünmə balansına uyğun “Kürdəmir-Taxıl” ASC-dən yeni yaradılan "AVETA-K" MMC-yə keçən əmlakın tərkibinin təsdiqi.
- “Kürdəmir-Taxıl” ASC-nin yenidən təşkil edilməsi ilə əlaqədar onun təsis sənədlərində edilən dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün müvafiq dövlət orqanına müraciət olunması və bununla əlaqədar zəruri səlahiyyətlərin həyata keçirilməsinin “Kürdəmir-Taxıl” ASC-nin idarə heyətinin sədrinə həvalə edilməsi.
-Digər məsələlər.
Yığıncağın gündəliyinə dair sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür. Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 4 saat əvvəl
-
4 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
5 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
5 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
-
6 saat əvvəl
"Trendyol" və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib
-
6 saat əvvəl
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Ən çox oxunanlar
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı
“AccessBank”ın biznes kreditləri portfeli 1 milyard manatı keçib
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu




















