Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Mir Camal Paşayev: “2006-cı ildə hekayəmiz “PAŞA Sığorta”nın təsis edilməsi ilə başladı”

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mir Camal Paşayev: “2006-cı ildə hekayəmiz “PAŞA Sığorta”nın təsis edilməsi ilə başladı”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“2006-cı ildə hekayəmiz “PAŞA Sığorta”nın təsis edilməsi ilə başladı”.

Bunu “PAŞA Holding”in Direktorlar Şurasının sədr müavini Mir Camal Paşayev bildirib.

Belə ki, 2006-cı ildə təsis olunan “PAŞA Sığorta” bu gün fəaliyyətinin 20 illik yubileyini qeyd edir. Şirkət bu dövr ərzində Azərbaycan sığorta bazarının aparıcı iştirakçılarından biri kimi mövqeyini davamlı olaraq gücləndirib və müştərilər üçün etibarlı, dayanıqlı sığorta mühitinin formalaşmasına nail olub.

Son 20 il ərzində “PAŞA Sığorta” korporativ və fərdi müştərilər daxil olmaqla ümumilikdə 3 milyona yaxın müştəriyə xidmət göstərib. Şirkət bu müddət ərzində həm biznes tərəfdaşlarının, həm də fərdi müştərilərin etibarını qazanaraq ölkənin sığorta sektorunda etibarlı tərəfdaş kimi fəaliyyətini davam etdirir.

Fəaliyyət dövrü ərzində “PAŞA Sığorta” minlərlə müştərinin həyatına müsbət təsir göstərib, onların ən çətin və həssas anlarında maliyyə təhlükəsizliyinin təmin olunması istiqamətində etibarlı tərəfdaş kimi çıxış edib.

“20 il ərzində “PAŞA Sığorta”nın inkişaf strategiyasının əsasını müştəri yönümlülük prinsipi təşkil edib. Biz daim müştərilərimizin ehtiyaclarını daha yaxşı anlamağa və onlara etibarlı, yüksək keyfiyyətli xidmət təqdim etməyə çalışmışıq. Bu gün həyata keçirdiyimiz rəqəmsal transformasiya təşəbbüsləri, süni intellekt və data əsaslı yanaşmalar, eləcə də Insurtech həllərinin tətbiqi sayəsində sığorta xidmətlərini daha sürətli, daha əlçatan və effektiv formata gətiririk. Məqsədimiz texnologiya və innovasiyanın imkanlarından istifadə edərək müştərilərimiz üçün daha yüksək dəyər yaratmaq və onların etimadını uzunmüddətli tərəfdaşlıqla doğrultmaqdır”, – deyə “PAŞA Sığorta”nın baş icraçı direktoru Niyaz İsmayılov bildirib.

Bu gün “PAŞA Holding”ə daxil olan “PAŞA Sığorta” 700 minə yaxın korporativ və fərdi müştəriyə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “AM Best” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini “BBB”, maliyyə dayanıqlılığı reytinqini isə “B++”, proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib.

Yarandığı ilk gündən “PAŞA Sığorta” cəmiyyətin rifahı üçün bir çox sosial layihələr həyata keçirir. Uşaqların təhsili, ölkə idmanına dəstək, sağlamlıq təşəbbüsləri və mədəni irsin qorunması istiqamətində layihələr şirkətin sosial missiyasının əsasını təşkil edir. Bununla yanaşı, “PAŞA Sığorta” ölkə və qlobal gündəmdə baş verən proseslərə uyğun olaraq sosial fəaliyyətini daim aktual və prioritet mövzulara uyğunlaşdırması ilə də fərqlənir. Pandemiya dövründə səhiyyə işçilərinə dəstəyin göstərilməsi, Kubadan peşəkar həkimlərin ölkəmizə cəlb edilməsi, Vətən müharibəsindən təsirlənən ailələr və uşaqlar üçün psixoloji və sosial proqramların həyata keçirilməsi bu mövqeyin bariz nümunələrindəndir.

PAŞA Sığorta PAŞA Sığorta 20 il PAŞA Sığorta yubiley PAŞA Holding Azərbaycan sığorta bazarı Azərbaycanda sığorta şirkətləri sığorta xidmətləri korporativ sığorta fərdi sığorta könüllü sığorta icbari sığorta sığorta sektoru Azərbaycan rəqəmsal sığorta xidmətləri Insurtech həlləri süni intellekt sığorta sektorunda data əsaslı sığorta xidmətləri AM Best reytinqi BBB kredit reytinqi B++ maliyyə dayanıqlılığı reytinqi Mir Camal Paşayev Niyaz İsmayılov PAŞA Sığorta sosial layihələri Azərbaycanda sosial məsuliyyət layihələri pandemiya dövründə səhiyyə işçilərinə dəstək Vətən müharibəsindən təsirlənən ailələrə dəstək Azərbaycanda aparıcı sığorta şirkəti
14.03.2026 09:05

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18