Gömrük mətbuatı obyektiv olmağa çağırıb
Ötən gün bəzi internet saytlarında yayımlanan "Psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsi davam edir" başlıqlı məqalədə müəllif psixotrop maddələrin qaçaqmalçılığı ilə mübarizədə gömrük xidmətinin gördüyü işi, həyata keçirdiyi əməliyyat və tədbirləri araşdırmadan, bu barədə səlahiyyətli dövlət qurumundan, yəni müvafiq gömrük orqanından rəsmi münasibət öyrənmədən Dövlət Gömrük Komitəsinin (DGK) fəaliyyətinə kölgə salan mövqe nümayiş etdirib.
Bu barədə DGK Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir.
Məlumata görə, son bir ildə psixotrop maddələrin qaçaqmalçılığı ilə mübarizədə irimiqyaslı əməliyyatların həyata keçirildiyi və guya bu əməliyyatlardan gömrük orqanlarının xəbərsiz olduğu, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olan məlumatlara etinasız yanaşdığına dair həqiqətə uyğun olmayan iddialar irəli sürülür:
"Məqalənin yekununda isə ekspertə istinadən əlavə olunan bir cümlə ilə mövzu dəyişdirilir, qida əlavələri adı altında ölkəyə qaçaqmalçılıq yolu ilə dərman preparatlarının gətirildiyi iddia edilir və ən sonda müəllif tərəfindən əldə edilən, mövzuya o qədər də aidiyyatı olmayan rəsmi mövqe. Belə ki, müəllifin məqaləni psixotrop maddələrin qaçaqmalçılığına həsr etməsinə, məqalənin başlığını ona görə seçməsinə baxmayaraq rəsmi mövqedə yalnız qida əlavələrindən bəhs olunur".
Qeyd edək ki, DGK-yə ünvanlanan sual da qida əlavələri altında ölkəyə dərman preparatlarının gətirilməsinə dair idi: "Hazırda bütün dünyanı narahat edən ən vacib məsələlərdən biri, psixotrop maddələrin qaçaqmalçılığı barədə araşdırma aparan, məlumat hazırlayan jurnalist və ya ekspertin ilk növbədə gömrük orqanlarına müraciət edəcəyi şübhəsizdir. Çünki söhbət "qaçaqmal"dan gedir ki, bu sahə ilə gömrük orqanlarının da məşğul olduğu hər kəsə bəllidir. Lakin adıçəkilən məqalədə gömrük orqanlarının rəsmi mövqeyinə yer verilməməsi başa düşülən deyil. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, gömrük orqanları mütəmadi olaraq psixotrop maddələrin qaçaqmalçılığına qarşı həyata keçirilən tədbirlər, aşkar edilən psixotrop maddələr barədə mütəmadi olaraq ictimaiyyəti məlumatlandırır. Çünki DGK-nin internet saytında təkcə son aylarda yayımlanan məlumatlara nəzər yetirmək bu sahədə görülən işlərə dair məlumatlanmaq üçün kifayət idi. Güclü təsiredici və psixtotrop maddələrin qaçaqmalçılığına qarşı mübarizə sahəsində görülən işlərə gəlincə isə bu barədə rəqəmlər əslində hər şeyi deyir. Belə ki, sadəcə 2017-ci ilin ötən dövrü ərzində 125 fakt üzrə müxtəlif adda 3 flakon, 1869 həb, 10 qutu, 4,5 kiloqram və 79 konvalyut güclü təsiredici və psixotrop maddələr, 3,5 kiloqrama yaxın isə psixotrop maddələrin prekursorları aşkar edilərək ölkənin gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb".
DGK bir daha media qurumları və nümayəndələrini komitənin fəaliyyəti ilə bağlı məlumatlar hazırlayarkən diqqətli olmağa, rəsmi mövqe öyrənməklə məsələyə obyektiv yanaşmağa çağırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
- 33 d. əvvəl
-
47 d. əvvəl
3,4 milyard manatlıq güzəşt: Dövlət bu azadolmaları yenidən ölçür
-
1 saat əvvəl
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib
-
1 saat əvvəl
Avropada satılan hər 10 yeni avtomobildən biri Çin istehsalıdır
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Müşavirədə xahiş etdim ki, yağışla bağlı da şimal zonasındakı fermerlərə subsidiyalar ayrılsın"
-
1 saat əvvəl
“Azərelektroterm”in baş direktoru vəzifədən azad olunacaq və yeni baş direktor seçiləcək
-
2 saat əvvəl
“Bakı Neft Mədən Avadanlıqları” ASC-nin xalis mənfəəti 58% artıb
-
2 saat əvvəl
DeepSeek əməkdaşlarının sayını 2 dəfə artırmağı planlaşdırır
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib
Azərbaycan neftinin son qiyməti
"Müşavirədə xahiş etdim ki, yağışla bağlı da şimal zonasındakı fermerlərə subsidiyalar ayrılsın"
Ən çox oxunanlar
“Azərelektroterm”in baş direktoru vəzifədən azad olunacaq və yeni baş direktor seçiləcək
“Bakı Neft Mədən Avadanlıqları” ASC-nin xalis mənfəəti 58% artıb
DeepSeek əməkdaşlarının sayını 2 dəfə artırmağı planlaşdırır
Azər Türk Bank-ın Şəhid əməkdaşı ordenlə təltif edilib
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb




























