Birjalarda son vəziyyət - Günlük analiz
İyun ayının sonu və iyulun ilk həftəsi dünya iqtisadiyyatı üçün olduqca kritik və həssas bir dövr kimi yadda qaldı. Bazarlar üzrə gözlənti istiqamətlərini dəyişdirməyə vadar edən çoxsaylı siyasi, iqtisadi və geopolitik siqnallar, investor davranışlarına birbaşa təsir etdi.
ECB-nin Sintra Forumu: Monetar Siyasətin Yol Xəritəsi
30 iyun - 2 iyul tarixlərində Avropa Mərkəzi Bankının (ECB) Sintra şəhərində keçirdiyi illik forum həftənin iqtisadi baxımdan mərkəzində dayandı. “Dəyişikliyə Uyğunlaşma: Makroiqtisadi Dəyişikliklər və Monetar Siyasət Reaksiyala” mövzusunda keçirilən forumda qlobal inflyasiya, faiz siyasəti və geopolitik risklər ətraflı şəkildə müzakirə olundu.
Kristin Laqard (ECB) forumun açılışında ABŞ, Böyük Britaniya, Yaponiya və Cənubi Koreya mərkəzi bank rəhbərləri ilə inflyasiya sıxıntıları və siyasi qeyri-müəyyənlikləri müzakirə etdi.
Cerom Pauell (FED) "data-driven" yəni "veriyönülmü" siyasət yanaşmasını qoruyacağını vurğuladı. Trampın monetar siyasətə təsiri fonunda FED-in mütəhəriz yanaşmasını əsaslandırdı.
Endryu Beyli (BoE) bankların real sektor və maliyyə bazarları ilə koordinasiyasını gücləndirməyin vacibliyini qeyd etdi.
ABŞ Ticarət Gərginliyi: Tarif Təhdidi
ABŞ prezidenti Donald Tramp, Avropa Birliyi, Yaponiya və bir neçə digər ticarət tərəfdaşına yeni tarif tətbiqlərinin 1 avqust 2025-də başlayacağını açıqladı. Bu addım beynəlxalq ticarət sistemində narahatlıq yaradaraq Avropa bazarlarında dalğalanmaların artmasına səbəb oldu. Investorlar ehtiyat rejiminə keçdi.
ABŞ-da Güclü Məşgulluq Rəqəmləri
2025-ci ilin iyun ayında ABŞ-da qeyri-kənd təsərrüfatı sektorunda 147 min yeni iş yeri yaradıldı. Bu göstərici faiz endirimi gözləntilərini azaldaraq dolların güclənməsinə təkan verdi. “S&P500” indeksi yüksəlməyə davam etdikcə, “Nasdaq” yeni rekordlarla yadda qaldı. Eyni zamanda, 10 illik Xəzinə istiqrazlarının gəlirləri yüksəldi.
NATO Sammiti: Müdafiə Xərclərində Rekord Artım
24–25 iyun tarixlərində NATO Sammitində üzv dövlətlərə müdafiə xərclərini ÜDM-in 5%-i səviyyəsinə qaldırmaq tələbi irəli sürüldü. Bu, Avropada müdafiə və aerokosmika sektoruna investisiya axını yaratdı. “STXE 600 Defence & Aerospace” indeksi ilin ilk yarısında 54% artış göstərdi.
“OPEC+” Neft Bazarının Tənzimləməsinə Davam Edir
“OPEC+” avqust ayında hasilatı gündəlik 548 min barel artıracağını açıqladı. Bu açıqlama “Brent” və “WTI” qiymətlərində 1–2% azalma yaratdı. Eyni zamanda, İran ətrafında yaranan gərginlik və Hörmüz boğazının potensial qapalı olması riskləri qiymətlərdə qısamüddətli sıçrayışlara səbəb olsa da, bu risk “OPEC+”-in müdaxiləsi ilə səngidi.
Ötən həftəyə 1.17260 və 1.37200 səviyyələrində start verən EUR/USD və GBP/USD valyuta cütlükləri müvafiq olaraq 1.18300 və 1.37880 səviyyələrinə qədər bahalaşdılar. Lakin, həftənin sonuna doğru dollara tələbin artması fonunda ucuzlaşaraq ötən həftəni müvafiq olaraq 1.17730 və 1.36420 səviyyələrində başa vurdular.
“Güvənli liman” maliyyə aləti kimi qızıl artan geosiyasi risklər fonunda 3365.65$-a kimi bahalaşsa da, həftəni 3333.80$ səviyyədə tamamladı. Hazırda 33308$-a ticarət olunan qızılın qiyməti 3400$ həddinin altında qaldığı müddətcə eniş tendensiyası davam edə bilər.
Cari həftə ərzində bütün bazar iştirakçılarının diqqət mərkəzindəki əsas məqam Amerika Federal Ehtiyyatlar Sistemi Federal Açıq Bazar Komitəsinin (FOMC) son toplantısının dərc olunacaq protokollarıdır.
Həmçinin, İngiltərədə yayımlanacaq əmək bazarı hesabatı, Sənaye İstehsalnın Həcmi, Ticarət Saldosu göstəriciləri, Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPİ) və Amerikada dərc olunacaq İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı kimi önəmli iqtisadi statistik rəqəmlər birjalarda ciddi qiymət dəyişikliklərinə səbəb ola bilər.
Bu həftə Avstraliya və Yeni Zelandiya mərkəzi banklarının faiz qərarları və Türkiyədə açıqlanacaq Pərakəndə Satış Dövriyyəsinin həcmi investorların diqqət mərkəzində yer alacaq əsas xəbərlərdəndir.
EUR
Ötən həftəni 1.17730 həddində tamamlayan EUR/USD məzənnəsi yeni həftənin əvvəlində üfüqi tendensiya sərgiləyir.
Hazırda 1.17680 həddində ticarət olunan məzənnədə “buğalar” qiyməti 1.17000 həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
Qeyd etmək lazımdır ki, cari həftə ərzində Almaniyada açıqlanacaq CPİ göstəriciləri avronun valyuta birjalarında qiymətlərinə təsir edə bilər.
GBP
Ötən həftəni 1.36420 səviyyəsində tamamlayan GBP/USD valyuta cütlüyü yeni həftəyə də itkilərlə başlayıb. Hazırda 1.36280 səviyyəsində ticarət olunan məzənnədə “ayılar” qiyməti 1.36$ həddinin altına sala və burada saxlaya bilsələr, məzənnədəki korreksiya daha da dərinləşə bilər.
Bu həftənin İngiltərədə dərc olunacaq həm ÜDM hesabatı, həm də Sənaye İstehsalının Həcmi, Ticarət Saldosu kimi göstəricilər funt-sterlinqin dünya bazarlarındakı qiymətinə ciddi təsir edə bilər.
XAU/USD
Ötən həftəni 3333.80$ həddində başa vuran dəyərli metal yeni həftəyə də enişlə başlayıb və 3306$-a kimi ucuzlaşdı. Hazırda 3311$-a ticarət olunan qızılın qiyməti 3400$ həddinin altındaq qaldığı müddətcə, eniş tendensiyası davam edə bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
35 d. əvvəl
Azərbaycan istehsalçılarının xaricə pomidor satışından gəliri azalıb
-
- 36 d. əvvəl
-
58 d. əvvəl
Almaniyada əhalinin 2050-ci ilə qədər 5 faiz, 2070-ci ilədək 10% azalacağı gözlənilir
-
14 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
- 16 saat əvvəl
-
16 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
17 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 18 saat əvvəl
-
18 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan istehsalçılarının xaricə pomidor satışından gəliri azalıb
Rəsmi məzənnələr açıqlandı
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
Ən çox oxunanlar
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib



















