DENZA Azərbaycanda: VOLT GROUP-dan avtomobil dünyasına yeni nəfəs
Azərbaycan avtomobil bazarında möhkəm mövqeyə sahib VOLT GROUP, qlobal avtomobil sənayesinin aparıcı oyunçularından biri olan DENZA brendi ilə Azərbaycanda rəsmi əməkdaşlıq müqaviləsi imzalayıb.
Qabaqcıl texnologiya, zərif dizayn və yüksək komfortun harmoniyası ilə seçilən DENZA artıq Azərbaycanda fəaliyyətə başlayır.

Azərbaycanda təqdim olunan DENZA modelləri müasir sürücülərin bütün gözləntilərinə cavab verəcək geniş model çeşidinə malikdir: DENZA N9, DENZA Z9 GT, DENZA Z9, DENZA D9
VOLT GROUP şirkətinin rəsmi tərəfdaşlıq çərçivəsində təqdim etdiyi DENZA modelləri tam servis dəstəyi, zəmanətli ehtiyat hissələri və beynəlxalq standartlara uyğun texniki xidmətlə müşayiət olunur. Bu yanaşma müştərilərə həm güvən, həm də uzunmüddətli məmnuniyyət təmin edir.
DENZA avtomobillərini əldə etmək istəyənlər Badamdar yolu 1c ünvanında yerləşən satış mərkəzi ilə əlaqə saxlaya və ya *0078 nömrəsinə zəng edə bilərlər.
SERES AITO — Texnologiya və Komfortun İdeal Harmoniyası
VOLT GROUP beynəlxalq əməkdaşlıq şəbəkəsini genişləndirərək, elektromobil sektorunda bir neçə aparıcı premium brendin Azərbaycandakı rəsmi distribütor statusunu əldə edib.

Beynəlxalq avtomobil sənayesində innovasiya və keyfiyyət standartlarını yenidən müəyyən edən AITO brendi də VOLT GROUP tərəfindən Azərbaycan bazarına gətirilir. VOLT AVTO salonlarında rəsmi satışda olan SERES AITO M9, AITO M7 və AITO M5 modelləri, müasir sürücünün ehtiyaclarına cavab verən qabaqcıl texnologiya, premium dizayn və yüksək komfort vəd edir.

VOLT GROUP-un güclü tərəfdaşlıq imkanları və beynəlxalq təcrübəsi sayəsində SERES AITO brendi Azərbaycan bazarında yüksək tələbatla qarşılanır. Müştərilər rəsmi distribütor zəmanəti altında, bütün beynəlxalq standartlara uyğun servis, texniki dəstək və satış sonrası xidmət paketindən faydalanır. VOLT GROUP ölkədə elektromobil bazarını yalnız inkişaf etdirmir, eyni zamanda müştərilərinə uzunmüddətli etibar, təhlükəsizlik və komfort təqdim edir.
ROX MOTOR — Qaydaları Dəyişənlər Üçün
Digər premium tərəfdaşlıq ROX MOTOR ilə qurulub. 2024-cü ildə VOLT GROUP-un həmtəsisçisi və direktoru Emin Əsgərov ROX MOTOR ilə distribütorluq müqaviləsi imzalayıb və şirkətin Azərbaycandakı rəsmi satış hüququnu əldə edib.


Bir il ərzində göstərilən uğurlu fəaliyyət nəticəsində VOLT GROUP 2025-ci ildə ROX Global Dealer Conference-də “Extended Together Award” mükafatına layiq görülüb.

VOLT GROUP müştərilərinə avtomobil seçimində maksimum güvən və rahatlıq təqdim edir. Şirkət tərəfindən satılan bütün modellər yalnız rəsmi distribütor zəmanəti ilə təklif olunur. Bu yanaşma alıcıların yüksək keyfiyyət, etibarlılıq və tam texniki dəstək əldə etməsini təmin edir. Rəsmi distribütor statusu, təqdim olunan bütün avtomobillərin orijinal istehsalçı standartlarına uyğun olmasına, ehtiyat hissələrinin tam təminatına və sertifikatlaşdırılmış servis xidmətlərinə zəmanət verir.
VOLT GROUP: Qlobal Standartlara Uyğun Tam Xidmət
Qlobal istehsalçıların qaydalarına əsasən, avtomobillər yalnız rəsmi satış kanalları vasitəsilə əldə edilməlidir. Bu, proqram təminatı yeniləmələri, təhlükəsizlik və zəmanətli texniki xidməti təmin edir. Qeyri-rəsmi avtomobillərdə servis imkanları məhdudlaşır, bəzi funksiyalar bloklana bilər.
VOLT GROUP bu standartlara tam riayət edərək müştərilərinə təhlükəsiz və etibarlı avtomobillər təqdim edir.
VOLT GROUP ilə Partnyorluğa Qoşulun — Sürətlə dəyişən avtomobil bazarında irəliyə atılan strateji addım
Bundan əlavə, VOLT GROUP ölkə üzrə fəaliyyət göstərən avtomobil dilerlərini uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığa dəvət edir. Şirkət partnyor diler şəbəkəsini genişləndirərək, premium elektromobil brendlərini Azərbaycanın bütün regionlarında geniş auditoriyaya təqdim etməyi qarşısına məqsəd qoyub. Rəsmi tərəfdaşlıq proqramı çərçivəsində dilerlərə marketinq dəstəyi, təlim proqramları, texniki xidmətlər və satış sonrası tam dəstək təqdim olunur. Bu isə həm dilerlərin biznes potensialını artırır, həm də son istifadəçilərə yüksək keyfiyyətli xidmətin hər zaman əlçatan olmasını təmin edir.
® Reklam
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 3 gün sonra
-
-
8 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 8 saat əvvəl
-
10 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
10 saat əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
-
11 saat əvvəl
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
11 saat əvvəl
Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır
-
11 saat əvvəl
Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir
-
11 saat əvvəl
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Ən çox oxunanlar
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
1 milyondan çox Azərbaycan vətəndaşı əsasən onlayn olmaqla xarici ölkələrdən 501 milyon dollarlıq şəxsi istifadə malları alıb
"Ağbənd buraxılış məntəqəsi yaxın vaxtlarda istifadəyə veriləcək"
Dövlət Gömrük Komitəsində nə dəyişir? Şahin Bağırov şəffaflıq tədbirlərini açıqladı
Azərbaycanda hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları yenilənib
Gömrük Komitəsinin sədri bu suala konkret cavab verə bilmədi - "İlin sonunda daha dolğun cavab vermək mümkün olacaq"





























