İkinci Dünya Müharibəsindən bu yana ən riskli ilə girmişik?
"Eurasia Group" nəşr etdiyi hesabatında, ABŞ, Çin və Avropada qeyri-müəyyənliklər səbəbindən 2017-nin İkinci Dünya Müharibəsindən bu yana ən dalğalı il ola biləcəyini qeyd edib.
Dünyanın ən böyük siyasi məsləhət şirkəti “Eurasia Group”a görə, Donald Trump-ın rəhbərlik edəcəyi ABŞ, yoluna eyni iqtisadi artım rəqəmlərilə davam edən Çin və zəifləyən Baş naziri Almaniya ilə başlayan 2017-ci il, İkinci Dünya Müharibəsindən bu yana ən dalğalı il ola bilər.
"2017-də geosiyasi böhranın olduğu bir prosesə giririk" qeyd edən şirkət, hesabatında, "Beynəlxalq müharibə və ya iri dövlət müəssisələrinin iflası düşünülə bilər" ifadələrinə yer verib.
“Eurasia”nın hesabatına görə, Trumpın Rusiya ilə "buzları" əridəcəyi siqnalları verməsi, NATO-ya şübhə ilə yanaşması və Avropada yüksələn sağ ilə yaxınlığı, İkinci Dünya Müharibəsindən sonra yaranmış qlobal sistemi zəiflədir.
“Eurasia Group”, Almaniya, Fransa, Niderlanddakı seçkiləri, Böyük Britaniyanın Avropa İttifaqından çıxma prosesinin başlayacağını və ABŞ-da güc nisbətlərinin dəyişməsinin inkişaf edən iqtisadiyyatlarda yaratdığı təzyiqi və Avropadakı qaçqın böhranını 2017-nin sabitliyinə yönələn başlıca təhdidlər arasında görür.
Hesabata görə, hakimiyyəti dəyişməyə hazırlaşan Çinin Dövlət Başçısı Xi Jinping, ABŞ-ın Çin siyasətinin dəyişməsinə sərt cavab verə bilər. Xi, milli sabitliyi təmin etmək üçün hər hansı bir iqtisadi problemə də həddən artıq reaksiya verə bilər.
AB-Türkiyə arasında imzalanan ancaq həyata keçməyən qaçqın müqaviləsi, Yunanıstanın borc böhranı və Brexit-dən sonrakı atmosferlə üzbəüz olan Almaniyanın Baş naziri Angela Merkel, payızda seçki yarışına girəcək. Merkelin ardıcıl dördüncü dövrdə də qazanacağını nəzərdə tutan Eurasiaya görə, Fransada apreldə baş tutacaq seçkilərdə ifrat sağçı Milli Cəbhənin qalib çıxması ehtimalı böyükdür.
“Bloomberg” Televiziyasına danışan Nyu-York Universitetinin İqtisadiyyat Professoru Nouriel Roubini, Milli Cəbhə lideri Marina Le Penin Fransada prezident seçkisindən qalib çıxmasının Avropa üçün ən böyük risk olduğunu deyib:
"Əgər Le Pen vəzifəyə gələrsə, İtaliyada da AB əleyhdarı bir partiya qalib gəlsə, bu, Avropa və Avro Bölgəsinin sonu ola bilər".
Eurasianın 2017 üçün nəzərdə tutduğu digər risklər isə belədir:
1- "Müsbət gedişatda" olan Çin xaric, aralarında Türkiyə, İtaliya, Rusiya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika və Birləşmiş Krallığın da olduğu 14 ölkədə iqtisadi islahatların çatışmazlığı,
2- Siyasətçilərin, iqtisadi çətinliklərdə başda Amerika Mərkəzi Bankı (Fed) olmaqla mərkəzi bankları ittiham etmələri. Eurasia Group, bu tip "ittihamların", 2017-də qlobal bazarlar üçün risk yaradacağını deyir,
3- Şimali Koreyanın 20 nüvə silah yaratdığı nüvə proqramının ABŞ üçün təhlükə yaratması.
4- Türkiyədə dövlət nəzarətinin artması, faizlərin aşağı saxlanılması üçün təzyiqin güclənməsi və iqtisadi artımda yavaşlamanı dayandırmaq üçün maliyyə təşviqlərə olan asılılığın artması.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 3 gün sonra
-
-
7 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 8 saat əvvəl
-
10 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
10 saat əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
-
10 saat əvvəl
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
10 saat əvvəl
Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır
-
10 saat əvvəl
Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir
-
10 saat əvvəl
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Ən çox oxunanlar
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
1 milyondan çox Azərbaycan vətəndaşı əsasən onlayn olmaqla xarici ölkələrdən 501 milyon dollarlıq şəxsi istifadə malları alıb
"Ağbənd buraxılış məntəqəsi yaxın vaxtlarda istifadəyə veriləcək"
Dövlət Gömrük Komitəsində nə dəyişir? Şahin Bağırov şəffaflıq tədbirlərini açıqladı
Azərbaycanda hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları yenilənib
Gömrük Komitəsinin sədri bu suala konkret cavab verə bilmədi - "İlin sonunda daha dolğun cavab vermək mümkün olacaq"


























