Ümumtəhsil məktəblərində bullinqlə mübarizə layihəsinə start verilib - “Dəyişiklik səndən başlayır!”
(®) Birbank-ın təşəbbüsü və sponsorluğu, “Dərs Evi” Tədris Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Təhsil İnstitutunun dəstəyi ilə “Dəyişiklik səndən başlayır!” ümumtəhsil məktəblərində bullinqlə mübarizə layihəsinə start verilib.
30 yanvar 2025-ci il tarixində layihə tərəfdaşlarını, media nümayəndələrini, təhsil və beynəlxalq ekspertləri bir araya gətirən təqdimat mərasimi baş tutub.
Tədbirdə Birbank-ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev, “Dərs Evi” Tədris Mərkəzinin icraçı direktoru Nigar Baimova, antibullinq üzrə beynəlxalq ekspert Mariya Afonina və digər rəsmi şəxslər iştirak edərək fikirlərini bölüşüblər. Fərqanə Məmmədova çıxışında bildirib ki, “Bullinq təkcə fərdlərə deyil, bütövlükdə cəmiyyətimizə təsir göstərən ciddi sosial problemdir. Bu, fiziki və ya emosional təsirlə yanaşı, insanların özünə inamını azaldan və onların gələcək inkişafına mane olan bir davranışdır. Məktəblər isə bir fərdin şəxsiyyət kimi formalaşmasında ən vacib mühitlərdən biridir. Ona görə də təhsil müəssisələrində bu cür mənfi halların qarşısını almaq və profilaktik tədbirlər görmək, maarifləndirmə işləri aparmaq olduqca mühüm vəzifədir”.
Bullinq təhsil mühitində şagirdlərin biri-birinə qarşı fiziki və ya psixoloji təzyiqi, eləcə də təhqir kimi halları əhatə edir. Bu, məktəblərdə şagirdlərdə narahatlıq yaradan, özünə inamı azaldan və onların psixoloji rifahına mənfi təsir göstərən ciddi bir problemdir. Məktəblərdə sağlam, təhlükəsiz və müsbət mühitin yaradılmasını hədəfləyən bu təşəbbüs cəmiyyətdə getdikcə aktuallaşan sosial problemin həlli istiqamətində mühüm addımlardan biridir.
“Dəyişiklik səndən başlayır!”layihəsinin icrasına ilk olaraq 18 nömrəli tam orta məktəbdən başlanılacaq. Bu məqsədlə layihənin təqdimat mərasimində 18 nömrəli tam orta məktəbin direktoru Leyla Fətiyeva, Birbank-ın Daxili kommunikasiya və KSM şöbəsinin müdiri Aynur Həsənzadə və “Dərs Evi” Tədris Mərkəzinin icraçı direktoru Nigar Baimova arasında xartiya imzalanıb. Layihə çərçivəsində beynəlxalq ekspertlər tərəfindən “Dərs Evi” Tədris Mərkəzinin müəllimləri üçün xüsusi təlimlər keçiriləcək. Təlimlərdə iştirak edən müəllimlər bullinq mövzusunda maarifləndirmə və mübarizə yolları ilə bağlı bilik və bacarıqlarını artıracaqlar. Daha sonra təlim keçmiş müəllimlər ümumtəhsil məktəblərində öz həmkarlarına tədris proqramları təqdim edərək bullinqlə mübarizənin yollarını geniş kütləyə çatdıracaqlar. Layihənin effektivliyi isə məktəblərdə keçiriləcək sorğular və qiymətləndirmələr vasitəsilə izləniləcək.
Qeyd edək ki, Birbank Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində cəmiyyətimiz üçün önəmli mövzulara xüsusi diqqət yetirir və mütəmadi olaraq müxtəlif sosial layihələrə dəstək verir. Bullinq kimi dünya miqyasında aktual olan sosial problemə qarşı mübarizə təşəbbüsü bu istiqamətdə atılan növbəti mühüm addımdır. Bu layihə ilə yanaşı, bank cəmiyyətin rifahına yönəlmiş müxtəlif təşəbbüsləri dəstəkləməyə də davam edir. Bankın istər təhsilin inkişafı, istərsə də sosial problemlərin həlli istiqamətlərindəki fəaliyyətləri ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verməklə yanaşı, gələcək nəsillər üçün dayanıqlı bir mühit yaratmağa yönəlib.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,118 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 saat əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti
















.jpg)











.jpg)
