Qiymətləndiricilər Cəmiyyəti: Bakıda mənzillər 13 %-dən çox bahalaşıb
2024-cü ildə Bakının mənzil bazarında qiymətlər 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13,3 % artıb.
Bunu açıqlamasında "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc bildirib.
Önun sözlərinə görə, ötən ilin dekabr ayında isə qiymətlər noyabr ayına nisbətən 1,8 % yüksəlib.
Təkrar mənzil bazarı
V.Oruc bildirib ki, ötən il təkrar mənzil bazarında yeni tikililərin qiymətləri (1 kvadrat metr üçün) əvvəlki illə müqayisədə 12,3 %, ötən ay isə 1,9 % artıb. Köhnə tikililər üzrə bu göstəricilər müvafiq olaraq 10,5 % və 1,5 % təşkil edib.
Bazarda təklifin həcmi də artıb. Müsbət dinamika il ərzində 21 %, dekabr ayında isə 1,6 % olub.
İlkin mənzil bazarı
Onun sözlərinə görə, 2024-cü ildə ilkin mənzil bazarında qiymətlər isə 2023-cü ilə nisbətən 13,8 %, dekabrda isə 2 % artıb.
Bazarda təklifin həcmi isə il ərzində 18 %, dekabrda isə 2 % yüksəlib.
Kirayə bazarı
Kirayə bazarında isə fərqli dinamika müşahidə olunub. Ötən il mənzillərin 1 kvadrat metrinin kirayə qiyməti əvvəlki illə müqayisədə 8,5 % artıb, ötən ay isə 1,6 % azalıb.
Bazarda təklifin həcmi isə il ərzində 17,8 %, dekabr ayında isə 2,4 % yüksəlib.
V.Oruc qeyd edib ki, bu göstəricilər Bakının mənzil bazarında qiymətlərin yüksəliş trendində olduğunu göstərir.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır


















.jpg)




