Azərbaycanda məşhur mağazalar şəbəkəsi əməkdaşları üçün Dubayda tədbir keçirdi - VİDEO
(®) Ölkəmizdə pərakəndə ticarət sahəsinin aparıcı şirkətlərindən olan Megastore, Bolmart, Grandmart və Novas Home kimi tanınmış brendlərin daxil olduğu mağazalar şəbəkəsi Dubayda möhtəşəm bir korporativ tədbir keçirib.
Mağazalar şəbəkəsinin komandasının iştirak etdiyi bu tədbir ötən il qarşıya qoyulmuş illik hədəflərin uğurla başa vurulması münasibətilə təşkil olunub.
Beləliklə, son 10 ildə Azərbaycanın pərakəndə satış sahəsində bir ilkə imza atan şirkət əməkdaşlarına motivasiya vermək və onların dəyərini vurğulamaq məqsədilə xaricdə belə bir tədbir keçirən ilk şəbəkə olub.
Bu təşəbbüs komanda ruhunun möhkəmləndirilməsi və gələcək uğurların təməlini daha da möhkəmləndirmək üçün böyük əhəmiyyət kəsb edir.
Mağazalar şəbəkəsinə daxil olan Megastore, Bolmart, Grandmart və Novas Home kimi tanınmış brendlər Azərbaycanda keyfiyyətli xidmət və müştəri məmnuniyyətinin sinonimi olaraq tanınır.
Bu uğurların əldə olunmasında isə əsas pay sahibi - güclü və peşəkar əməkdaş olan komanda heyətidir.

Şirkətin təsisçiləri və idarə heyəti tərəfindən təşkil olunan tədbirdə rəhbərliyin komanda üzvlərinə verdiyi dəyər bir daha nümayiş etdirilib. Bu, əməkdaşların şirkətin inkişafındakı əvəzolunmaz rolunu təsdiq edən bir təşəkkür mesajıdır.
"Biz inanırıq ki, birlikdə daha böyük zirvələrə yüksələcəyik. Şirkətimiz öz innovativ yanaşması ilə həm əməkdaşlarının, həm də müştərilərinin məmnuniyyətini prioritet olaraq saxlamağa davam edəcək", — şirkətin açıqlamasında deyilir.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Ən çox oxunanlar
12 bankın xalis mənfəəti azalıb
“AFB Bank”da iclas keçiriləcək
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub


























