“Onlar Bizə Əmanətdir” layihəsi çərçivəsində şəhid övladlarına hədiyyələr təqdim edilib
(®) Qırmızı Ürəklər Fondu cəmiyyətimiz üçün həssas və vacib mövzularda təşəbbüslərini davam etdirir. Ənənəsinə sadiq qalan Fond “Onlar Bizə Əmanətdir” layihəsi çərçivəsində növbəti dəfə şəhid övladlarını sevindirib.
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilən layihə paytaxt Bakı da daxil olmaqla ölkənin bütün regionlarını əhatə edib. Layihə çərçivəsində 16 yaşadək olan 1800-ə yaxın şəhid övladına bayram hədiyyələri təqdim edilib.
Şəhid övladlarının siyahısının hazırlanması yerli icra hakimiyyəti orqanlarının, hədiyyələrin onlara çatdırılması isə fondun könüllüləri ilə yanaşı “Azərpoçt”un dəstəyi ilə baş tutub. Layihənin həyata keçirilməsində “Kapital Bank”, “PMD Group”, “PashaPay”, “PASHA Investments”, “PASHA Technology”, “PASHA Life” və “PASHA Bank” kimi nüfuzlu tərəfdaşlar iştirak ediblər.
4 ildir davam edən “Onlar Bizə Əmanətdir” layihəsinin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin övladlarına mənəvi dəstək göstərmək, onlara cəmiyyətin diqqət və qayğısını hiss etdirməkdir.
Uşaqlarına sevinc dolu anlarını izləmək üçün keçid edin: https://kbl.az/robe
Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 8 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti





















.jpg)



