12 kredit ittifaqının lisenziyaları ləğv edildi
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının qərarına əsasən “Arzu Kredit İttifaqı”, “Azəriinvest Kredit İttifaqı”, “Cənub Kredit İttifaqı”, “Ceyhun Kredit İttifaqı”, “Compass Kredit İttifaqı”, “F.A.S. Kredit İttifaqı”, “Həkəri Kredit İttifaqı”, “Kredo-İnvest Kredit İttifaqı”, “Real Kredit İttifaqı”, “Tərəkəmə Kredit İttifaqı”, “Tural Kredit İttifaqı” və “Yardımlı Kredit İttifaqı”nın fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib. Bu barədə "Marja"ya Palatadan bildirilib.
Lisenziyaların ləğv edilməsinə səbəb, sözügedən kredit ittifaqları tərəfindən hesabatlıq qaydalarına riayət olunmaması, habelə bu təşkilatlar üzrə 2015-ci il üçün kənar auditin aparılmaması faktları olmuşdur.
Palata, “Kredit ittifaqına bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nın 4.4.4-cü və Palatanın Nizamnaməsinin 5.3.20-ci yarımbəndlərini rəhbər tutaraq sözügedən kredit ittifaqlarının fəaliyyətinə verilmiş lisenziyaları ləğv edib.
Qeyd edək, Palata fəaliyyətə başladığı dövrdən etibarən bank sektorunda aktiv siyasət və tənzimləmə tədbirlərinin həyata keçirilməsi ilə yanaşı, bank olmayan kredit təşkilatlarının fəaliyyətinə də xüsusi nəzarət rejimi tətbiq etməyə davam edir. Belə ki, kredit təşkilatları tərəfindən prudensial normativlərə və mövcud qanunvericiliyin tələblərinə riayət olunmaması hallarına qarşı adekvat tədbirlər görülür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
20 saat əvvəl
İlin sonuna qədər Astara terminalının inşasında əsas işlər yekunlaşacaq
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş olub
-
1 gün əvvəl
"Effektinvest" MMC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil edilib
-
1 gün əvvəl
AccessBank Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib
- 1 gün əvvəl