Gədəbəydə “AzerGold” və “R.V. Investment Group Services, LLC ABŞ” arasında görüş keçirilib
“Gədəbəy” saziş sahəsində nəm tullantı anbarının genişləndirilməsi ilə bağlı zəruri sənədləşmə, təhlükəsizlik tədbirlərinin icrası, mədən sahələrinda hasilat və istehsalat fəaliyyəti ilə bağlı digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.Gədəbəy rayonunda “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “R.V. Investment Group Services, LLC ABŞ” şirkətinin prezidenti Reza Vəziri, eləcə də hər iki şirkət nümayəndələrinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.
QSC-nin yaydığı məlumatda bildirilir ki, görüş tərəflər arasında hasilatın pay bölgüsü haqqında saziş üzrə səlahiyyətlərin icrası çərçivəsində həyata keçirilmiş birgə operativ tədbirlər və qarşıdakı dövrdə icrası nəzərdə tutulan işlərin müzakirəsi məqsədilə təşkil edilib.
Görüşdə saziş üzrə tərəfdaşlıq səlahiyyətlərinin “AzerGold” QSC-yə ötürülməsindən sonra Səhmdar Cəmiyyətinin saziş sahələrində fəaliyyətin beynəlxalq standartlar və qanunvericiliyin tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində çevik hüquqi, təşkilati və texniki dəstəyi qeyd olunub. Bu xüsusda “Gədəbəy” saziş sahəsində nəm tullantı anbarının genişləndirilməsi ilə bağlı zəruri sənədləşmə, təhlükəsizlik tədbirlərinin icrası, mədən sahələrinda hasilat və istehsalat fəaliyyəti ilə bağlı digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Müzakirələr çərçivəsində yerin təkindən istifadəyə dair müvafiq dövlət qurumlarından icazə sənədlərinin alınması, torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi, tikintiyə icazə, istehsalatda təhlükəsizlik tədbirləri, yerli icmalarla işin gücləndirilməsi, ətraf mühitin mühafizəsi ilə bağlı məsələlərin daim diqqətdə saxlanılmasının vacibliyi bildirilib, Səhmdar Cəmiyyətinin müvafiq istiqamətlər üzrə təcrübəsi bölüşülüb.
Xatırladaq ki, Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli, 1176-VIQ nömrəli Qanunu ilə “Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin həyata keçirilməsi ilə əlaqədar dövləti təmsil etmək səlahiyyəti “AzerGold” QSC-yə verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)










.jpg)





