Daha bir lider bank AQC-nin Bank Ekspertlər Şurasına qoşulub
“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Bank Ekspertlər Şurasında təmsil olunmaq barədə qərar verib.
Bu barədə Cəmiyyətin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin müraciətinə cavab olaraq “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən bankın əməkdaşları Kərimova Sevinc Ramiz qızı və Mikayılov Elvin Tofiq oğlu Bank Ekspertlər Şurasına üzv olmaq üçün təklif edilib. Bankın təklif etdiyi şəxslər Cəmiyyətin sədri Vüqar Oruc tərəfindən Bank Ekspertlər Şurasının üzvlüyünə təyin edilib.
Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin tərkibində Bank Ekspertlər Şurası 2024-cü ilin sentyabr ayında yaradılıb. Şuranın tərkibinə Azərbaycanda fəaliyyət göstərən 12 bank tərəfindən təklif edilmiş şəxslər üzv təyin olunub. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin də qoşulması ilə Şuraya üzv olan bankların sayı 13-ə çatıb. Bank Ekspertlər Şurasının rəhbəri “Paşa Bank” ASC-nin nümayəndəsi Hikmət Sadıqovdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır



















.jpg)

