ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlanır
EY Azərbaycan şirkəti ABB-nin maliyyə dəstəyi ilə ölkəmizdə 6-cı dəfə “EY İlin İş Adamı” müsabiqəsinə müraciət qəbuluna başlayıb. Müsabiqədə iştirak etmək istəyən sahibkarlar və iş adamları öz ərizələrini müsabiqə komitəsinə təqdim edə bilərlər.
“EY İlin İş Adamı” müsabiqəsi 40 ilə yaxındır ki, təsis edilib və bu gün dünyanın 60-dan çox ölkəsinin 145 şəhərində keçirilir. Liderlik və uğur nümayiş etdirən iş adamları fəaliyyət sahələrindən asılı olmayaraq proqrama qoşulmaq üçün ərizələrini 31 dekabr 2024-cü ilədək təqdim edə bilərlər.
Milli müsabiqənin qalibi 2025-ci ilin əvvəlində seçiləcək. Münsiflər qiymətləndirməni dövriyyədə artım, mənfəət, namizədin liderlik xüsusiyyətləri, yenilikçiliyi və yaradıcılığı, sosial məsuliyyət və dayanıqlılığa diqqət kimi müxtəlif amillərə əsaslanaraq aparacaqlar. Qalib, gələn ilin iyununda Monakoda keçiriləcək "EY Dünya Üzrə İlin İş Adamı" müsabiqəsində Azərbaycanı təmsil edərək digər ölkələrin finalçıları ilə yarışacaq.
“EY İlin İş adamı” müsabiqəsi Azərbaycanda artıq 6-cı ildir ki, keçirilir və ABB 6-cı ildir ki, bu müsabiqəyə dəstək verir. Sahibkarlığın təşviqi, azərbaycanlı iş adamlarının nailiyyətlərinin tanınması məqsədi daşıyan proqramın iştirakçılarının sayı ildən-ilə artır. Son 5 il ərzində müsabiqədə iştirak etmiş 60 sahibkar işgüzar əlaqələri genişləndirmək, biznesin inkişafı üçün yeni ideyalar əldə etmək və nüfuzlu sahibkarlar cəmiyyətinə qoşulmaq imkanı əldə edib.
Müsabiqəyə buradan müraciət etmək olar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)






