"Neft təklifi avqustda kəskin azalacaq"
Orta Şərq və Afrikada neft hasilatının azalmasının təsiri ilə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) neft təklifi avqustda kəskin aşağı düşəcək.
Bu barədə OPEC-in ixracını analiz edən “PetroLogistics” şirkətinin proqnozunda deyilir.
Bildirilir ki, OPEC-in neft təklifi bu ay gündəlik 419 min barrel azalacaq. Buna səbəb Səudiyyə Ərəbistanının azalan neft ixracı və neft hasilatının azaldılması sazişinə qoşulan digər neft istehsalçılarının hasilatı aşağı salmalarıdır.
“PetroLogistics”in icraçı direktoru Daniel Gerber deyib: “OPEC-ə üzv 14 ölkədə neft təklifinin ümumilikdə gündəlik 419 min barrel azalacağı nəzərə alındıqda avqustda kartelin sutkalıq hasilatının orta hesabla 32,8 milyon barrel olacağı gözlənilir. OPEC-in xam neft ixracı avqustun ilk yarısında gündəlik 750 min barrelədək azalıb. Latın Amerikası ölkələrinin neft ixracında artım müşahidə edilib, Orta Şərq və Afrikada isə azalmalar qeydə alınıb”.
O, ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının ixracının bu ay keçənilki səviyyədən 1 milyon barrel aşağı düşərək 6,6 milyon barrelə qədər azaldığını açıqlayıb.
Qeyd edək ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan iyulda hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Ölkə üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə 781,1 min barrel, mayda 785,3 min barrel, iyunda isə 793,7 min barrel olub. Mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.
© Azərtac
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 saat sonra
-
7 d. əvvəl
Metroda yeni stansiyaların tikintisi ilə bağlı kompensasiya ödənilə bilərmi?
-
-
50 d. əvvəl
Aprelin 16-da gözlənilən hava şəraiti - Bəzi yerlərdə az yağış yağacağı ehtimalı var
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
VTB (Azərbaycan) 2026-cı ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xaricdə təhsil 33 ölkənin 230-dan çox universitetini əhatə edəcək
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"Rabitəbank"ın xalis mənfəəti 9 faizdən çox artıb
“Təmiz Şəhər” İT sistemlərini “Hökumət buludu”na köçürüb
Ən çox oxunanlar
Xaricdə təhsil 33 ölkənin 230-dan çox universitetini əhatə edəcək
Yenilənmiş 100 manatlıq pul nişanı tədavülə buraxıldı
Ticarət şəbəkələri zay və xarab olan məhsulların vergiyə cəlb edilməsi üzrə təkliflər hazırlayıblar
“Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək - 300-dən çox şirkəti bir araya gətirəcək sərgi
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı











.jpg)






