VTB (Azərbaycan) 2026-cı ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb
VTB (Azərbaycan) ASC 2026-cı ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Bankın yaydığı ress-relidə bildirilir ki, bankın aktivləri ilin əvvəlindən 6% artaraq 323,97 milyon manata çatıb. Bankın xalis mənfəəti isə 1,73 milyon manat təşkil edib.
Məlumata görə, kredit portfelinin ümumi həcmi 254 milyon manatı ötüb. Birinci rübdə biznes kreditləri portfeli 72 milyon manatı keçərək ilin əvvəlindən 7,3% artım nümayiş etdirib. Pərakəndə kredit portfeli isə 6% yüksələrək 117,63 milyon manata çatıb.
Bankın depozit portfeli də artım göstərib. 2026-cı ilin ilk üç ayı ərzində depozitlərin ümumi həcmi 7%-lik artımla 108,64 milyon manata yüksəlib. Hesabat dövründə hüquqi şəxslərin yığımları 15%, fiziki şəxslərin depozitləri isə 4% artıb.
Hesabatda bildirilir ki, bankın məcmu kapitalı 102,3 milyon manatı keçib ki, bu da Azərbaycan Mərkəzi Bankının minimal tələbindən 52,3 milyon manat çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 14 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib




























