Bolt Azərbaycanda yeni elektromobil avtoparkını işə salır
Aparıcı mobillik platforması olan Bolt, elektromobillərin bütün Avropada paylanması üzrə ambisiyalı planı çərçivəsində yeni avtomobillər Bakı və digər şəhərlərin küçələrində əlçatan olacaq.
Şirkətdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Bolt proqramında 20-dən çox markalı premium elektromobil, Boltun Azərbaycandakı bazasında isə 300-ə yaxın sıfır emissiya səviyyəli avtomobil təqdim ediləcək.
"Hazırda bu pilot layihədir, gələn il biz daha çox avtomobil əlavə etməyi planlaşdırırıq",- məlumatda bildirilir.
Bolt şirkətinin Azərbaycanda səfər sifarişi xidmətinin rəhbəri Naim Əzizov deyib:
"Bolt, sıfır emissiyalı avtomobillərə keçid üçün uzunmüddətli investisayalar çərçivəsində Avropa üzrə platformasına daha da çox elektromobillər əlavə etməyə səy göstərir. Bu layihənin Azərbaycanda işə salınması bu istiqamətdə mühüm addımdır. Avtoparklara yeni avtomobillər təqdim etməklə, biz regionun sıfır emissiyalı müasir nəqliyyat ehtiyacını ödəyirik. Bu pilot layihə təkcə Azərbaycanın “yaşıl” inkişaf məqsədlərini dəstəkləmir, həm də şəhər mobilliyi sahəsində ətraf mühit üçün zərərsiz həllər yaratmaq öhdəliyimizi əks etdirir. İnanırıq ki, bu səfər sifarişi xidməti tullantıları azaldaraq, daha təmiz şəhərlər yaratmağa kömək edərək ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə keçiddə hərəkətverici qüvvə bilər".
Bolt şirkəti uzunmüddətli perspektivdə 2040-cı ilə qədər sıfır karbon qazı emissiya edən şirkət olmağa çalışır. Platformaya elektromobillərin əlavə edilməsi bu məqsədə nail olmaq üçün çox vacib addımdır, çünki istixana qazı emissiyalarının böyük hissəsi Boltun səfər sifarişi xidmətlərindən qaynaqlanır. Bolt hazırda Avropa və Afrikanın 70-dən çox şəhərində "Green" və "Electric" kateqoriyalarında tam elektrik, hibrid və plug-in hibrid avtomobillər təklif edir.
Bolt, şəhərdə nəqliyyat vasitəsilə hərəkəti daha əlçatan, təhlükəsiz və ekoloji cəhətdən təmiz etməyi hədəfləyən multi-tətbiqdir. Boltun xidmətlərindən Avropa və Afrikanın 45 ölkəsində (500-dən çox şəhərində) 150 milyon insanın istifadə edir. Multi-tətbiqdə avtomobil xidməti sifariş vermək, karşerinq, elektrikli skuterlərin və elektrikli velosipedlərin icarəsi, həmçinin ərzaq və ərzaq məhsullarının çatdırılması kimi bir sıra xidmətlər təqdim olunur. Hazırda dünya üzrə 3,5 milyondan çox sürücü və kuryer şirkətlə əməkdaşlıq edir.
Hazırda Bolt şirkəti Azərbaycanın on altı şəhərində səfər sifarişi xidmətini həyata keçirir: Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan, Lənkəran, Qəbələ, Şəmkir, Şəki, Şirvan, Evlax, Quba, Masallı, Şamaxı, Cəlilabad və Qazax.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 47 d. əvvəl
-
-
4 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
4 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
4 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb




















