Yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilir
"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa bir sıra dəyişikliklər təsdiq edilibDövlət Vergi Xidmətinin məlumatı:
Məlum olduğu kimi, son 2 ildə Dünya Bankı Qrupunun “Business Ready hesabatının “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədrinin təsdiq etdiyi 2022-2023-cü illər üzrə Yol Xəritəsi çərçivəsində biznesin qeydiyyatının sadələşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib, yeni təşəbbüslər irəli sürülüb.
Yol Xəritəsində kommersiya qurumlarının dövlət qeydiyyatı sahəsində qüvvədə olan qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, xarici və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı prosedurlarının eyniləşdirilməsi ilə bağlı tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulurdu.
Ötən müddət ərzində biznesin qeydiyyatının sadələşdirilməsi və qeyd olunan islahatların həyata keçirilməsi məqsədilə “Biznesə daxilolma” işçi qrupunun təşəbbüsü ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda, Əmək, Mülki və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələri hazırlanıb. Həmin qanun layihələri Milli Məclis tərəfindən qəbul edilib və ölkə başçısı tərəfindən 8 iyul 2024-cü il tarixdə təsdiqlənib.
Qeyd edilməlidir ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” işçi qrupuna rəhbərliyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həyata keçirir.
Beləliklə, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərə əsasən, yerli və xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilir. Belə ki, xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı zamanı işçilərlə ilk dəfə bağlanmış əmək müqaviləsinin məlumatlarının elektron ərizəyə daxil edilməsi və qeydiyyat prosesi başa çatdıqdan (dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə elektron kabinetə göndərildikdən) sonra həmin məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə ötürülməsi həyata keçiriləcək.
Dəyişikliyə əsasən, həmçinin, xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı zamanı elektron ərizəyə hüquqi ünvanı təsdiq edən sənədin əlavə edilməsinə dair tələb aradan qaldırılıb.
Dövlət qeydiyyatı prosedurlarının eyniləşdirilməsi məqsədilə digər dəyişikliyə əsasən, xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatından xarici fiziki şəxslərlə yanaşı, xarici hüquqi şəxslərin də istifadə etməsi mümkündür. Bu məqsədlə Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının təşviq etdiyi Elektron Apostil Proqramına uyğun olaraq, elektron apostil verilmiş xarici mənşəli sənədlərin müvafiq proqram vasitəsilə yoxlanılmaqla onların tərcüməsinin informasiya sistemi üzərindən notarius tərəfindən distant rəsmiləşdirilməsi və sorğu əsasında Dövlət Vergi Xidmətinin informasiya sisteminə inteqrasiya edilməsi həyata keçiriləcək. Müvafiq dəyişikliklərə qədər məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı prosesində təsisçi qismində yalnız yerli investisiyalı hüquqi şəxslərin iştirakı mümkün idi.
Xarici və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı prosedurlarının eyniləşdirilməsi məqsədilə edilmiş bu dəyişikliklər nəticəsində Azərbaycan Respublikasının beynəlxalq iqtisadiyyatda daha geniş təmsil olunmasına, xarici investisiyaların ölkəyə gəlişinə və iqtisadiyyatın inkişafına daha böyük imkanlar yaradacaq.
Yol Xəritəsinin digər bir bəndində nəzərdə tutulmuş tədbirin icrası məqsədilə Qanuna edilmiş dəyişikliyə əsasən, BMT-nin qərarlarına uyğun sanksiya tətbiq edilmiş fiziki şəxslərin və qurumların hüquqi şəxs təsis etmək hüquqlarının məhdudlaşdırılmasına dair müddəalar əlavə olunub. Qeyd edək ki, BMT-nin qərarlarına uyğun sanksiya tətbiq edilmiş fiziki şəxslərin və qurumların siyahısı BMT-nin və Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifələrində yerləşdirilib.
Qanuna edilmiş dəyişikliyə əsasən kommersiya qurumlarının adlarına dair tələblər müəyyən edilmiş və bununla bağlı Qanunda qeydiyyatdan imtina əsasları nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 3 gün sonra
-
-
2 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 saat əvvəl
-
4 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
4 saat əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
-
4 saat əvvəl
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
5 saat əvvəl
Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır
-
5 saat əvvəl
Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir
-
5 saat əvvəl
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Ən çox oxunanlar
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
1 milyondan çox Azərbaycan vətəndaşı əsasən onlayn olmaqla xarici ölkələrdən 501 milyon dollarlıq şəxsi istifadə malları alıb
"Ağbənd buraxılış məntəqəsi yaxın vaxtlarda istifadəyə veriləcək"
Dövlət Gömrük Komitəsində nə dəyişir? Şahin Bağırov şəffaflıq tədbirlərini açıqladı
Azərbaycanda hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları yenilənib
Gömrük Komitəsinin sədri bu suala konkret cavab verə bilmədi - "İlin sonunda daha dolğun cavab vermək mümkün olacaq"


























