Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Çinin yük avtomobilləri Orta Dəhliz vasitəsilə daşımalara başlayıb - 26 TIR Bakıya yola salınıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çinin yük avtomobilləri Orta Dəhliz vasitəsilə daşımalara başlayıb - 26 TIR Bakıya yola salınıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çinin yük avtomobilləri Transxəzər beynəlxalq nəqliyyat dəhlizi - Orta Dəhliz vasitəsilə Çin-Avropa marşrutu üzrə yük daşımalarına başlayıb.

26 yük avtomobilindən ibarət konvoy iyulun 3-də Qazaxıstanın Kurik limanından gəmi-bərəyə yüklənərək, Bakıya yola salınıb. Çindən yük qatarı ilə gələn 110 konteyner eyni vaxtda Aktau limanında bərəyə yüklənib. Bununla əlaqədar keçirilən mərasimə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və bu ölkədə səfərdə olan Çin Xalq Respublikasının Sədri Si Cinpin videobağlantı ilə qoşulublar.

Çindən Orta Dəhliz üzərindən qatarla yük daşınması bir neçə ildir həyata keçirilir. Çinə məxsus yük avtomobilləri isə ilk dəfə rəsmi olaraq Transxəzər beynəlxalq nəqliyyat dəhlizindən istifadə etməyə başlayıb. Yüklər Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə çatdırılacaq.

Qeyd edək ki, Çinin Sian şəhərindən Bakıya Orta Dəhlizlə gündəlik müntəzəm konteyner blok qatarların göndərilməsinə də başlanılıb. Məişət malları, avtomobil və ehtiyat hissələri ilə yüklənmiş ilk qatar iyulun 1-də Siandan çıxıb. Qatarın Qazaxıstan və Xəzər dənizindən keçməklə təqribən 12 günə Bakıya çatacağı gözlənilir.

© Azərtac

04.07.2024 16:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Dəmir filizi ucuzlaşıb
Dəmir filizi ucuzlaşıb
05.07.2024 16:17
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ