Yeni marşrutlar istifadəyə verildi
Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələri istiqamətində yeni marşrutlar istifadəyə verilib![Yeni marşrutlar istifadəyə verildi](/storage/thumbnail/cover/cdn/2024/iyul/01/marsrut.jpg)
Bu gündən Bakı şəhərində yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Hövsan qəsəbəsini (MİDA) “28 May” metro stansiyası və “Əhmədli” metro stansiyası ilə əlaqələndirən 120 və 121E, həmçinin Şüvəlan və Mərdəkan qəsəbələrini Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 140 və 140E nömrəli marşrutlar sərnişinlərin istifadəsinə verilib.
Sürətli sərnişin daşınmasını təmin edəcək 121E və 140E nömrəli ekspres marşrutlar saat 06:30 – 21:00-dək fəaliyyət göstərəcək və yalnız marşrut üzrə əvvəlcədən müəyyən edilmiş dayanacaq məntəqələrində dayanacaq. Bu da sərnişinlərin daha qısa vaxt ərzində təyinat məntəqəsinə çatmasına şərait yaradacaq.
Marşrutlar üzrə müasir və ekoloji təmiz nəqliyyat vasitələri sərnişinlərə xidmət göstərəcək.
“28 May” metro stansiyasını Günəşli qəsəbəsi ilə əlaqələndirən 46 nömrəli müntəzəm marşrutun istismarı isə müsabiqədə qalib gələn yeni daşıyıcı tərəfindən həyata keçiriləcək. Qeyd edilən marşrutlar üzrə müasir “Avro 6” standartına uyğun ekoloji baxımdan təmiz sıxılmış təbii qaz mühərrikli orta və böyüktutumlu avtobuslar nağdsız qaydada fəaliyyət göstərəcək.
Bundan əlavə, M.Şərifli küçəsi (Vərəm dispanseri) – Xətai rayonu Cavanşir küçəsini əlaqələndirən 12 nömrəli müntəzəm marşrutda müasir və rahat avtobuslar istifadəyə verilib.
Optimallaşdırma işləri çərçivəsində Şüvəlan – Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində fəaliyyət göstərən 136 nömrəli müntəzəm marşrut ləğv edilib.
Qeyd edək ki, Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb. Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb. Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının “Rəqəmsal əkiz”i vasitəsilə simulyasiya edilib. Simulyasiya nəticəsində yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, eləcə də daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyən edilib.
Yeni marşrut şəbəkəsi xidmət səviyyəsinin yüksəlməsini təmin edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 17 d. əvvəl
- 32 d. əvvəl
-
-
32 d. əvvəl
Naxçıvanda 9 milyon manata yaxın nizamnamə kapitalı ilə şirkət yaradılıb
- 35 d. əvvəl
- 38 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Expressbank Visa kart istifadəçilərinə özəl lotereyanın növbəti qalibləri
-
1 saat əvvəl
35 manata taksi sürücülərinin etik davranışı və xüsusi hazırlıqları qiymətləndiriləcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
![AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur](/storage/thumbnail/thumbnail/cdn/2024/may/03/Azerbaycanda_vakansiyalar.png)
AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur
![Salonu açılmamış, elektromobili satılıb - QİYMƏTLƏR](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/03/netau-avtomobil.jpg)
Salonu açılmamış, elektromobili satılıb - QİYMƏTLƏR
![Ədliyyə Nazirliyində yeni təyinatlar olub](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/03/edliyye-teyinatlar.jpg)
Ədliyyə Nazirliyində yeni təyinatlar olub
![Bakıda kapitalı 2,3 milyon manat olan yeni şirkət yaradılıb](/storage/thumbnail/thumbnail/cdn/2023/may/19/biznes_imza.jpg)
Bakıda kapitalı 2,3 milyon manat olan yeni şirkət yaradılıb
![35 manata taksi sürücülərinin etik davranışı və xüsusi hazırlıqları qiymətləndiriləcək](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/03/taxi-surucu.jpg)
35 manata taksi sürücülərinin etik davranışı və xüsusi hazırlıqları qiymətləndiriləcək
Ən çox oxunanlar
![Azərbaycan neftinin son qiyməti](/storage/thumbnail/thumbnail/cdn/2023/avqust/19/azneft-.jpg)
Azərbaycan neftinin son qiyməti
![60 %-dək endirim gecələrin səssizliyini pozacaq!](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/02/bəyaz-gecələr.jpg)
60 %-dək endirim gecələrin səssizliyini pozacaq!
![Rəsmi məzənnələr açıqlandı](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/03/pul.jpg)
Rəsmi məzənnələr açıqlandı
![Mebel şirkətinin satış şəbəkəsi böyüyür - YENİ MAĞAZASI AÇILIB](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/02/saloglumebel-qusar-/saloglumebel-qusar.jpg)
Mebel şirkətinin satış şəbəkəsi böyüyür - YENİ MAĞAZASI AÇILIB
![“Bakı Yastıq Zavodu”nun rəhbərliyi seçiləcək](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/03/sehmdarlar.jpg)
“Bakı Yastıq Zavodu”nun rəhbərliyi seçiləcək
![Azercell yeni Smartfon kampaniyasını təqdim edir!](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/03/oppo-smartfon.jpg)
Azercell yeni Smartfon kampaniyasını təqdim edir!
![“Global Assistant LTD” şirkəti Çindən Azərbaycana 15 günə sürətli daşınmanı həyata keçirib](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/03/global-assistant.jpg)
“Global Assistant LTD” şirkəti Çindən Azərbaycana 15 günə sürətli daşınmanı həyata keçirib
![Azərbaycanın naziri “CESI” şirkətində olub](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/03/cesi.jpg)