Azər Türk Bankdan biznes üçün yenilik
(®) Dövlət bankı Azər Türk Bank müştərilərinə xidmətin keyfiyyətini daha da yüksəltmək məqsədilə hüquqi şəxs və fərdi sahibkarların bank hesabı açması prosesini tam olaraq sadələşdirib.
Artıq biznes nümayəndələri Bankın saytına daxil olub, heç bir kənar tətbiq və ya həllərdən istifadə etmədən, onlayn qaydada rahatlıqla hesab aça biləcəklər. Qeyd edək ki, hesabın açılması müqabilində heç bir ödəniş nəzərdə tutulmamışdır.
Azər Türk Bankda hesab açmaqla hər bir sahibkar və ya şirkət əməkhaqqı və biznes kartlarının sifarişi üçün müqavilə formalaşdırılması, müştəri və bank tərəfindən elektron şəkildə imzalanmasını asanlıqla həyata keçirə bilir. Bunun üçün müştərillərin “atb business” internet bankçılıq xidmətinə qoşulması kifayətdir. Həmçinin bu xidmətə qoşulmaqla müştərilər güzəştli tariflərdən və bütün bank xidmətlərindən məsafəli şəkildə yararlanma imkanı əldə etmiş olurlar.
Azər Türk Bank, eyni zamanda, şəxsi biznesini qurmaq məqsədi ilə bank hesabı açmaq üçün müraciət edən şəxslərə İlkin vergi konsultasiyası, Vergi bəyannaməsinin hazırlanması, mühasibat və konsaltinq xidmətlərini də təklif edir.
Neçə vaxtdır ki, Bank yeni atb POS tətbiqini də müştərilərinin ixtiyarına vermişdir. Bu tətbiq, ənənəvi POS terminalların imkanlarını özündə ehtiva etməklə, ödənişlərin telefonla qəbuluna imkan yaradır.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
14 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
16 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 16 saat əvvəl
-
16 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)




