Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Mis bahalaşır - birja qiyməti son 11 ayda ilk dəfə 9 min dolları keçib

Treyderlər qarşıdakı həftələrdə Zambiyadakı mis mədənlərində fasilələrin olacağını istisna etmirlər.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Mis bahalaşır - birja qiyməti son 11 ayda ilk dəfə 9 min dolları keçib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mövcud quraqlıq nəticəsində elektrik enerjisi çatışmazlığı ilə üzləşən Zambiyanın mədənçıxarma sənayesində vəziyyətlə bağlı artan narahatlıqlar fonunda misin qiyməti London Metal Birjasında (LME) son 11 ayda ilk dəfə olaraq bir ton üçün 9 min dolları ötüb.

Marja.az xəbər verir ki, treyderlər yaxın həftələrdə Zambiyada mis mədənlərinin işində fasilələrin yarana biləcəyini istisna etmirlər. Zambiya hakimiyyəti fevralın 29-da şiddətli quraqlıq səbəbindən milli fəlakət elan edib. Böyük məhsul itkiləri ilə yanaşı, quraqlıq çayların səviyyəsinin aşağı düşməsinə səbəb olub ki, bu da su elektrik stansiyalarında enerji istehsalının sürətlə azalmasına səbəb olmaqda davam edir.

Avstraliyanın "Macquarie" maliyyə qrupunun mütəxəssisləri hesab edirlər ki, bu il dünya bazarında həm mis konsentratı, həm də təmizlənmiş metal qıtlığı yaranacaq. Onların hesablamalarına görə, 2024-cü ilin üçüncü rübündə bir ton misin qiyməti pik həddinə - 9,5 min dollara çatacaq.

Citibank-ın analitikləri 2025-ci ilə qədər misin bir tonunun qiymətinin 15 min dollara çatacağını istisna etmirlər.  Onların fikrincə, misə qlobal tələbatın artmasına bir çox ölkələrin həyata keçirməyə başladığı enerji keçidi təkan verəcəkdir.

Mis qiymət ton birja
18.03.2024 08:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ

Ən çox oxunanlar