Mərkəzi Bank 2017-də uçot dərəcəsinin artacağını istisna etmir
Azərbaycan Mərkəzi Bankı (AMB) 2017-ci ildə uçot dərəcəsinin artacağını istisna etmir.
2016-cı ildə Azərbaycanda uçot dərəcəsi 4 dəfə artıb. Sonuncu dəfə uçot dərəcəsi 2016-cı il sentyabrın 14-də 9,5%-dən 15%-dək artıb.
"2017-ci ildə pul kütləsinin sterilləşdirilməsi zərurəti yarandıqda, bu məqsədlə uçot dərəcəsinin artırılması AMB-nin diqqət mərkəzində olacaq", - deyə bankdan “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Cari ildə Mərkəzi Bankın pul siyasəti alətləri monetar məqsədlərə nail olunmasına yönəldiləcək.
"2017-ci ildə AMB bankların qısamüddətli likvidliyinin idarə olunması üçün qısamüddətli resursların cəlb olunması üzrə alətlərdən geniş şəkildə istifadə etməyi planlaşdırır. "Bu il Mərkəzi Bank açıq bazarda aktiv əməliyyatları da davam etdirəcək. Bu əməliyyatlara depozit hərracları və AMB-nin qısamüddətli notlarının yerləşdirilməsi daxildir", - deyə məlumatda qeyd edilir.
AMB 2017-ci ildə ortamüddətli məcburi rezervləşdirmə normaları rejimini tətbiq etməyi planlaşdırır ki, bu da banklara likvidliyi çevik şəkildə idarə etməyə imkan verəcək.
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
16 d. əvvəl
Azərbaycan və Tacikistan şirkətləri anlaşdılar - BAKIDA 8 SƏNƏD İMZALANDI
-
1 saat əvvəl
Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu
-
1 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət Xidmətinin şöbə müdiri Metrologiya İnstitutuna müvəqqəti rəhbərlik edəcək
- 3 saat əvvəl
- 3 saat əvvəl