Azərbaycan Bakı-Tbilisi-Qars ilə bağlı yaradılacaq müəssisədə 50 faiz pay sahibi olacaq
"Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanmış müvafiq sənədə əsasən Bakı-Tbilisi-Qars dəmir yolunun idarə olunması məqsədilə birgə müəssisə yaradılacaq".
Bu sözləri jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov bildirib.
Onun sözlərinə görə, layihə üzrə işlər tam başa çatdıqdan sonra bütün əməliyyatlar bu müəssisə tərəfindən həyata keçiriləcək.
“Bu istiqamətdə də artıq işlərə başlanılıb, hüquqi sənədlər hazırlanıb və yaxın günlərdə birgə müəssisənin yaradılacağı gözlənilir. Birgə müəssisə hər iki tərəfin 50 faiz pay sahibi olması şərti ilə yaradılır. Birgə müəssisənin əsas işi layihə ilə bağlı işlərin həyata keçirilməsi, yükdaşıma üzrə tariflərin müəyyən olunması, yüklərin daşınması və bütövlükdə əməliyyat məsələlərinin həll olunmasından ibarətdir", - deyə R.Rüstəmov vurğulayıb.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Direktor, müavini və şöbə müdiri cinayət başında yaxalanıblar
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Unibank “Yaşıl layihələr”in dəstəklənməsi istiqamətində əməkdaşlığa başlayıb
-
15 saat əvvəl
“Valyuta bazarında kəskin tələb artımı yoxdur” - MƏRKƏZİ BANKIN SƏDRİ
- 15 saat əvvəl
-
16 saat əvvəl
"Əsas məqsədimiz əhalini əmanətlərini daha uzun müddətə yerləşdirilməsini təşviq etməkdir"
- 17 saat əvvəl
- 17 saat əvvəl