Əmanətlərin azalmasını Dolların bahalaşması da kompensasiya etmir
2016-cı ilin Noyabr ayında fiziki şəxslərin banklardakı depozitləri manat ilə ifadədə 170,7 milyon manat artıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasından “Marja”ya verilən məlumata görə, 30.11.2016-cı il tarixinə fiziki şəxslərin depozitləri 7 milyard 583,8 milyon manat təşkil edib. Sonunca dəfə Mərkəzi Bank, 01.11.2016-cı il tarixinə əhalinin banklarda 7 milyard 413.1 milyon manat əmanəti olduğunu açıqlamışdı. Beləliklə, Mərkəzi Bankın və Palatanın rəqəmlərinin müqayisəsi Noyabrda əmanətlərin 170,7 milyon manat və ya 2,3% artdığına işarə edir.
Palatanın yayadığı rəqəmlərin müqayisəsinə görə isə, Noyabrda əmanətlər 187,8 milyon manat və ya 2,5% artıb.
Qeyd edək ki, banklardakı əmanətlərin təxminən 81%-i xarici valyutada (əsasən dollarda) yerləşdirilib. Dolların Manat qarşısında dəyər qazanması əmanətləri manat ilə ifadədə artırır.
Oktyabr-Noyabr aylarında Dolların Manat qarşısında 7%-ə yaxın bahalaşmasına baxmayaraq, əmanətlər 210,6 milyon manat və ya 2,7% azalıb. Bu onu göstərir ki, 81%-i xarici valyutada olan əmanətlərin azalmasını dolların bahalaşması belə kompensasiya edə bilməyib.
Bunu da qeyd edək ki, Mərkəzi Bankın statistikası ilə Palatanın statistikası fərqlidir.
Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, fiziki şəxslərin depozitləri, mln. manat:
30.11.2016 | 7583.8 |
31.10.2016 | 7396,0 |
30.09.2016 | 7794.4 |
Mərkəzi Banka görə, əhalinin əmanətləri, mln.manat:
01.11.2016 | 7413.1 |
01.10.2016 | 7813,9 |
01.09.2016 | 7931.9 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
13 saat əvvəl
İlin sonuna qədər Astara terminalının inşasında əsas işlər yekunlaşacaq
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş olub
-
1 gün əvvəl
"Effektinvest" MMC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil edilib
-
1 gün əvvəl
AccessBank Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib
- 1 gün əvvəl