Bank 50 000 AZN-dən artıq “cashback” qaytardı
Expressbank-ın təqdim etdiyi məhsul və xidmətlər sırasında xüsusi yer alan ExpressClub müştərilər üçün düşünülmüş və onlara alış-veriş zamanı real pul qazandıran unikal xidmətdir.
Bankdan "Marja"ya daxil olmuş məlumatagörə, qısa müddət ərzində müştərilərin böyük rəğbət və sevgisini qazanmış ExpressClub yarandığı gündən bu günədək müştərilərinə 50 000 AZN-dən artıq “cashback” qaytarıb.
“Xərclərinizi gəlirə çevirin” şüarı altında təqdim olunan ExpressClub layihəsi çərçivəsində, Expressbank-ın bütün kart sahibləri ölkədaxili POS-terminallar vasitəsi ilə alış-veriş edərkən, xərclədikləri məbləğin bir hissəsini karta geri alırlar (“cashback”). Müştərilər bu vəsaiti həm nağdlaşdırır, həm də POS-terminallar vasitəsi ilə yenidən alış-veriş etməklə növbəti xərclərini də gəlirə çevirmiş olurlar.
ExpressClub layihəsinin xüsusi üstünlüyü - onun nəinki ExpressClub tərəfdaşlar şəbəkəsinə daxil olan satış nöqtələrində 20%-dək “cashback” qaytarması, hətta bu şəbəkəyə daxil olmayan, POS-terminalla ödəniş mümkün olan istənilən satış nöqtəsində xərclənən vəsaitin 0,3% hissəsinin müştərilərin kartına geri qayıtmasıdır. ExpressClub şəbəkəsinə daxil olan tərəfdaşların siyahısı isə daim yenilənməkdə və artmaqdadır.
Bütün bu fürsətlərdən yararlanmaq üçün sadəcə Expressbank-ın istənilən kart sahibi olmaq kifayətdir!
Qeyd edək ki, Expressbank-ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Expresso kartı 5 AZN, Visa Electron / Maestro kartlarını 6 AZN, Visa Classic / MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN/USD/EUR/GBP ilkin mədaxil etməklə Visa Gold / MasterCard Gold, 800 AZN/USD/EUR/GBP ilkin mədaxillə isə Visa Platinum / MasterCard Platinum kartlarını pulsuz sifariş etmək mümkündür. Expressbank-ın kartlarına dərhal, rahat və komissiyasız vəsaiti ExpressPay terminalları və mobil pul kisəsi vasitəsi ilə mədaxil etmək mümkündür.
ExpressClub tərafdaş şəbəkəsi və “cashback” xidməti haqqında daha ətraflı məlumat üçün müştərilər 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinəwww.facebook.com/expressclubaz daxil ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























